“Həzi Aslanov” metro stansiyasında 3 saylı eskalator əsaslı təmirə dayandırılır

Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında “ET-5M” markalı 3 saylı eskalator fevral ayının 15-də əsaslı təmirə dayandırılacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Etikxeber.az-a deyib.

O bildirib ki, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Eskalatorun aprel ayında yenidən istismara verilməsi nəzərdə tutulub.

N.Paşayev qeyd edib ki, təmir müddəti ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

“Bakı Metropoliteni” QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Etikxeber.az

Read Previous

Ali məktəblərə yeni qəbul qaydalarının detalları məlum oldu

Read Next

Azərbaycanla İspaniya qarşılıqlı anlaşmaya əsaslanan möhkəm dostluq münasibətləri qurub – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir