Həbs olunan futbolçusu sərbəst buraxıldı

Lucas Hernandez (Atletico), FEBRUARY 6, 2016 – Football / Soccer : Spanish “Liga BBVA” match between Atletico de Madrid 3-1 SD Eibar at the Vicente Calderon stadium in Madrid, Spain. (Photo by Mutsu Kawamori/AFLO) [3604]

Madrid “Atletiko”sunun futbolçusu Lukas Ernandes azadlığa buraxılıb.

Etikxeber.az-ın məlumatına görə, sevgilisini döydüyü üçün həbs edilən fransız futbolçu bu gün azad olunub.

Bu barədə xəbəri İspaniya mətbuatı yayıb. Yaşanan hadisədən sonra polis şöbəsinə aparılan, daha sonra isə məhkəməyə çıxarılan 20 yaşlı futbolçu sevgilisinin şikayətçi olmaması səbəbindən məhkəmə zalından azad edilib.

Məhkəmə zalından çıxan Ernandes jurnalistlərin suallarını cavablandırmadan, birbaşa şəxsi avtomobilinə əyləşərək məhkəmə binasından uzaqlaşıb.

Etikxeber.az

Read Previous

Lempard peşəkar karyerasını başa vurdu

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir