“Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır” – FESTİVALIN QIZIL MEDALÇISI

Qələbəmi Azərbaycan xalqına həsr edirəm. Çempionluğa gedən yolum heç də asan olmadı. Nə qədər çətin keçsə də, daxilimdə bir hiss, inam var idi ki, bu mötəbər yarışda ölkəmizin aktivinə daha bir qızıl medal əlavə edəcəyəm.

Etikxeber.az xəbər verir ki, bu sözləri XV Avropa Gənclər Yay Olimpiya Festivalında 65 kiloqram çəki dərəcəsində qızıl medal qazanan yunan-Roma güləşçimiz Xasay Həsənli deyib.

“Yarışa hazırlığımız Göygöl İdman Kompleksində olmuşdu. Bu yarışa çox yaxşı hazırlaşdım. Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır” – deyə, idmançımız bildirib.

Qeyd edək ki, finalda Almaniya təmsilçisi Deni Nakayev ilə qarşılaşmada 3:2 hesabı ilə qalib gələn idmançımız ölkəmizin aktivinə 6-cı qızıl medalı yazdırıb.

Etikxeber.az

Read Previous

“Ağdama 10 il öncə yaxınlaşdığımız 26 illik uzaqlıq…” – TAHİR SÜLEYMANOV YAZDI

Read Next

Çini Azərbaycan üçün vacib və önəmli edən nədir? – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir