Həftənin ən yaxşı qolu müəyyənləşdi

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərində vurulan qolların arasında ən yaxşısı seçilib.

Etikxeber.az  UEFA-nın saytına istinadla xəbər verir ki, İngiltərənin “Liverpul” komandasının futbolçusu Sadio Manenin səkkizdəbir finalda səfərdə Almaniya “Bavariya” klubunun qapısından vurduğu qol həftənin ən yaxşısı seçilib.

Seneqallı futbolçu səsvermə nəticəsində danimarkalı Lasse Şöne (“Ayaks”, Hollandiya), serbiyalı Dusan Tadiç (“Ayaks”, Hollandiya) və argentinalı Lionel Messini (“Barselona”, İspaniya) qabaqlayıb.

Qeyd edək ki, qarşılaşma “Liverpul”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbəyə əsasən “Liverpul” qitənin ən nüfuzlu klub turnirinin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Etikxeber.az

Read Previous

Gəncədə Cavad xanın heykəli ucaldılsın – MİLLƏT VƏKİLİ

Read Next

Zərdabda zəlzələ oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir