“Həftəsonu küçəyə çıxmanın tam qadağan olunması barədə müraciətimiz qəbul olunub”- RAMİN BAYRAMLI – İMTAHANLARIN VAXTI DƏYİŞDİRİLƏ, MƏHDUDİYYƏTLƏR KİV-LƏRƏ DƏ ŞAMİL OLUNA BİLƏR… – YENİLƏNİB – (2)

Artıq yoluxanlarla sağalanlar arasında fərq 200-ü keçir. Öncədən müəyyənləşdirilən alqoritmə uyğun olaraq bu fərq 200-ü keçdiyi üçün biz bu müraciəti etdik.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, müraciətlərində cümə axşamından bazar ertəsinə qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmağın qadağan olunmasını təklif etmişik:

“Bu narıncı zonada bu həftə sonu, bəlkə də irəlidəki bir, iki ay ərzində həftə sonları, bayramlarda da tam şəkildə küçəyə çıxmaq qadağasının tətbiq olunmasını təklif etmişik. Bu təklifin detalları müzakirədədir, burada beynəlxalq təcrübədən, o cümlədən Türkiyə və İsrail təcrübəsində var. Təklif Operativ Qərargah tərəfindən qəbul olunub, detallar müəyynələşdirilir”. 

R. Bayramlı sonra deyib ki, ictimai və şəxsi nəqliyyatdan istifadə həftə sonları tam qadağan olunacaq, yalnız müəyyən sahələrdə çalışanlarla bağlı istisnalar nəzərdə tutulur. R. Bayramlı bildirib ki, bu gün tibb müəssisələri fədakar həkimlərimizin əməyi ilə xidmət göstərməkdədir:

“Həkimlər çox əziyyətli olsa da, öz fəaliyyətlərini davam etdirirlər. Bir çox xarici ölkədə xəstələr orta və ağır vəziyyətə gələnə qədər evdə qalırlar. Ancaq bizdə hər bir xəstə pozitiv nəticə verən zaman müvafiq tibb müəssisəsinə yerləşdirilir. Məhz bunun nəticəsidir ki, bu qədər xəstə sayına baxmayaraq, itirdiyimiz xəstələrin sayı azdır”.

****

Baş Nazir sabah çıxış edəcək. Tibbi bölmənin təklifi ilə hansı məhdudiyyətlərin tətbiq olunacağı qərarlarda əksini tapacaq”.

 Bunu isə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

R. Bayramlı öz növbəsində deyib ki, insanlar maskadan istifadə etsələr, sosal məsafəni qorusalar, xəstələrin sayı azalsa, yenidən yumşalmaya gedilə, həftə sonu qadağalar götürülə bilər:

“Biz ona görə bu gün insanlarımıza müraciət edirik. Hamımızın arzusudur ki, vətəndaşlar metodik göstərişlərdəki qaydalara əməl etsinlər, biz yavaş-yavaş normal həyata dönək”.

Sonra “İmtahanlar narıncı zonada, birinci klastrda keçirilməlidirsə, həmin imtahanların vaxtı dəyişdirilə bilər”-deyən R. Bayramlı bildirib ki, bu barədə bu günlərdə yekun qərar veriləcək.

O, daha sonra qeyd edib ki, həftə sonları kütləvi informasiya vasitələrinin işləməsi məsələsi hələlik bəlli deyil. Onun sözlərinə görə, bu məsələ Baş Nazirin çıxışından sonra bilinəcək:

“Ola bilsin ki, məhdudiyyətlər kütləvi informasiya vasitələrinə də şamil ediləcək, mümkündür ki, məhdud sayda televiziya əməkdaşına işləməyə icazə veriləcək”.

***

“Maskalarla bağlı vahid qiymət var, maskalar 30 qəpikdir”.

Bunu da mətbuat konfransında İ. Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, idxal olunan maskaların qiyməti fərqlidir:

“Bu fərqi hökumət idxalçı şirkətlərə ödəyir. Ölkədə maska qıtlığı ola bilməz. Ola bilər ki, cərimələrin aktuallaşması kimlərdəsə möhtəkirlik etmək arzusu yaradıb. Biz belələrinə xəbərdarlıq edirik ki, bunun cəzası olacaq, buna getmək olmaz”.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Prezidentin iştirakı ilə 2 maska istehsalı müəssisəsi açılıb:

“Bu istehsal sahələrin gündəlik istehsalı 500 min maskadır. Azərbaycanda isə müəyyən günlər 300 min maska istifadə edilib. Bu gün ölkədə 15 milyona qədər maska ehtiyatı var. Ona görə də ajiotaja ehtiyac yoxdur”.

***

“Bu dəfə məhdudiyyətlərin tətbiqi birinci klastrda, yəni narıncı sahədə nəzərdə tutulur”-deyən R. Bayramlı eyni zamanda bildirib ki, növbəti həftə ərzində məhdudlaşmaya bütün ölkə ərazisi daxil edilə bilər, bu məsələ müzakirə masası üzərindədir:

“Bu, yenə də epidemioloji vəziyyətdən və bölgələrimizdə insanların qaydalara əməl etməsindən asılıdır. Böyük şəhərlərlə yanaşı, bir sıra kəndlərdə vəziyyət narıncı sahənin epidemioloji göstəricilərinə uyğun olsa, həmin kəndlərdə də məhdudiyyət tətbiq olunacaq. Bütöv rayon olmasa da, kəndlərdə həftə sonları çölə çıxmağın tam qadağan olunması tətbiq oluna bilər.Qeyd edim ki, bir neçə gündür bəzi kəndlərimizə giriş-çıxış dayandırılıb. Hətta kəndlər içərisində bəzi yaşayış sahəsinə belə giriş-çıxış dayandırılıb. Beynəlxalq təcrübədə də bundan dəfələrlə istifadə olunub. Orada testi pozitiv çıxan şəxslərin müayinələri aparılıb, müvafiq xəstəxanalara yerləşdirilib. Neqativ olan şəxslər isə müvafiq olaraq karantin rejimində saxlanılırlar”.

Etikxeber.az

Read Previous

Daha 325 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Read Next

İlham Əliyev Ağdamın Xındırıstan kəndi ərazisindəki “N” saylı hərbi hissədə oldu-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir