“Hələ bizi qarşıda yeni sınaqlar gözləyir…”-FATMA YILDIRIMDAN NÖVBƏTİ ÇAĞIRIŞ

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, iyunun 6-7-si Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda sərt karantin rejimi tətbiq edildi.

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar şənbə və bazar günlərində infeksiyanın daha çox yayıldığı şəhərlərin sakinlərinə yaşayış yerini tərk etmək qadağası qoyuldu.

Ötən günlərdə olduğu kimi dövlətimizin milli birlik və həmrəylik çağırışlarına qoşularaq birləşdiniz, tövsiyələrə əməl etdiniz, məsuliyyətlilik və intizamlılıq nümayiş etdirdiniz.

Hər birimizin sağlamlığı və təhlükəsizliyi naminə atılan bu addımları anlayışla qarşıladığınıza, karantin dövründə həmrəylik nümayiş etdirdiyinizə görə sizə minnətdarıq.

İki günlük sərtləşdirmədən sonra bu gün həyat öz ritmi ilə davam edir.

Lakin hər birimiz maska taxmalıyıq və sosial məsafə saxlamağa diqqət etməliyik.

Pandemiya hələ bitməyib, hələ bizi qarşıda yeni sınaqlar gözləyir.

Təəssüflə qeyd etmək lazımdır ki, hələ də bəzi vətəndaşlarımız pandemiyanın nə qədər təhlükəli olduğunu anlamır.

Laqeydlik isə hər birimizə, bizim yaxınlarımıza, ölkəmizə real təhlükə törədə bilər.

Ona görə də, dövlətimizin qarşıdakı günlərdə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı qəbul edəcəyi qərarlara əvvəlki kimi yenə də birgə məsuliyyətlə və təmkinlə yanaşmağınızı xahiş edirəm.

Qanun hamı üçün birdir və qaydalara birmənalı riayət olunmalıdır.

Eyni zamanda, gecə-gündüz yorulmadan asayişimizin keşiyində duran polis əməkdaşlarına və hərbçilərimizə də dərin təşəkkürümü bildirirəm.

Onu da unutmamalıyıq ki, milli birlik və həmrəylik hər şeyə qalib gəlir.

Biz hər zaman birlikdə olmaqla bu bəlaya qalib gələcəyik!

Fatma YILDIRIM,

Millət vəkili

Etikxeber.az

Read Previous

Babək rayonunun ərazi bölgüsündə dəyişiklik edilir-MƏSƏLƏ MM-İN KOMİTƏSİNDƏ MÜZAKİRƏ VƏ PLENARA TÖVSİYƏ OLUNUB -YENİLƏNİB

Read Next

“Kimlərsə bu məsələyə səthi yanaşdı və qaydalara əməl etmək məsələsini unutdu…”-SEVİNC FƏTƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir