“Hələ də dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə istənilən səviyyədə təpki vermir…” – ADİL ƏLİYEV

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri yerlə-yeksan edildi. Rəsmi məlumata görə, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Hadisələr dünyanın gözü qarşısında baş verirdi və dünya birliyi Ermənistanın Qarabağda törətdiyi vəhşiliyə seyrçi mövqeyindən yanaşırdı. Nəticədə də yuxarıda qeyd olunan qüvvələr tərəfindən soyqırım hadisəsi gerçəkləşdirildi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Adil Əliyev deyib.

O, qeyd edib ki, soyqırımının üzərindən yüz illər keçsə də, dəhşətli hadisə heç bir zaman xalqımızın qan yaddaşından silinməyəcək.

“Gələcək nəsillərin Xocalı soyqırımını unutmağa mənəvi haqları yoxdur. Unutqanlıq yeni faciələrə yola aça bilər. Xocalı soyqırımı həm də erməni millətçilərinin, daşnaklarının yüz illərdir ki, türk millətinə qarşı olan nifrətinin təzahürü idi. Gerçəklik budur ki, XIX əsrin sonlarından başlayaraq heç bir tarixi, coğrafi, siyasi əsasları olmayan “Böyük Ermənistan” arzusu ilə yaşayan ermənilər, XXI əsrdə də bədbin, xəstə əməllərindən əl çəkmirlər. 30 ildir ki, Qarabağda işğalçılıq siyasətini və qardaş Türkiyəyə qarşı torpaq iddialarını davam etdirirlər. Təəssüf ki, hələ də dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə istənilən səviyyədə təpki vermir…”-deyə, millət vəkili bildirib.

Etikxeber.az

Read Previous

“328 seçki məntəqəsində nəticələr ləğv edilib, seçici fəallığı 46,84 faiz olub” – MSK AÇIQLADI

Read Next

“Beləcə qızıma nəvaziş göstərməyi yadırğadım…” – JALƏ ƏLİYEVA XOCALI DƏHŞƏTLƏRİNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir