“Hələ də subsidiya gözləyən vətəndaşların problemini yaxın günlərdə aidiyyatı strukturlarla müzakirə edəcəyəm”-MİLLƏT VƏKİLİ 3 QURUMUN BİRGƏ ƏMƏLİYYATINDAN DANIŞDI

Prezident İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanına əsasən fermerlərə ayrılmış dövlət yardımlarının mütəşəkkil dəstə tərəfindən mənimsənilməsi faktı aşkar edilib. Aqrar bir rayonu təmsil edən deputat kimi bildirmək istəyirəm ki, ayrılan yardım hər bir fermer, xüsusən Biləsuvar kəndlisi üçün həyati əhəmiyyətə malikdir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin birgə keçirdikləri xüsusi əməliyyata münasibətini bildirərkən deyib.

Millət vəkili ümid etdiyini bildirib ki, bu dəstənin zərərsizləşdirilməsi fermerlərin dərdinə çarə olar.

“Çünki vətəndaşların qəbulu zamanı subsidiyaları ala bilməyən xeyli sayda insandan müraciət qəbul etmişik. Hələ də subsidiya gözləyən vətəndaşların problemini yaxın günlərdə aidiyyatı strukturlarla müzakirə edəcəm”-deyə, o, bildirib.

09:55

Etikxeber.az

Read Previous

300-dən çox seçicini dinlədi-ONLARA VƏ ÖLKƏ VƏTƏNDAŞLARINA YENİDƏN ÇAĞIRIŞ ETDİ

Read Next

“Əgər indiki anda BMT görünmürsə, bəs bu problemlə kim və necə məşğul olacaq?”-MM-İN KOMİTƏ SƏDRİ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir