“Hələ heç bir cavab, mesaj gəlməyib…”-MİLLƏT VƏKİLİ

Millət vəkillərinin dünən növbəti dəfə verdikləri test nümunələrinin cavabları hələlik açıqlanmayıb.

Etikxeber.az-ın xəbərinə görə, əvvəlkilərdən fərqli olaraq, bu dəfə millət vəkillərinin telefon nömrələri götürülərək, onlara cavabların mesajla bildiriləcəyi deyilib.

Eyni zamanda qeyd edilib ki, neqativ çıxanlara deyil, daha çox pozitiv çıxacaqlara cavablar-mesajlar göndəriləcək.

“Bir az öncəyə qədər telefonuma hələlik heç bir cavab, mesaj gəlməyib. Özümü də çox normal hesab edərəm, səhhətimdə də hansısa bir problem-dəyişiklik yoxdur. Eyni zamanda, cavabların əvvəlcə bu gün açıqlanacağı deyilmişdi. Bu gün isə deyildi ki, bəs, test nümunələri həddindən artıq çox olduğu üçün cavablar sabaha qalası olub. Hamı kimi, cavabı gözləyirəm. Bəlkə də neqativ olduğu üçün ola bilsin ki, mesaj yollanmasın. Bütün hallarda hamımız müəyyən qədər narahatlıq içindəyik. Heç kimin bu qorxulu və təhlükəli bəlaya yoluxmasını istəmirik. Allah hamımıza-millətimizə-xalqımıza kömək olsun”.

Bunu isə adının çəkilməsini istəməyən gənc deputatlardan biri deyib.

Qeyd edək ki, Milli Məclisin (MM) Mətbuat Xidməti də test nümunələrinin cavablarının sabah məlum olacağını açıqlayıb.

Etikxeber.az

Read Previous

“Onlar bu sənəddə ermənilərin faşizmə xidmətlərinin müqabilində Dağlıq Qarabağı erməni komissarlığına aid etmişdilər…”-ZİYAD SƏMƏDZADƏ İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN, ERMƏNİLƏRİN FAŞİZM “SEVGİ”SİNDƏN YAZDI…

Read Next

Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair-MƏLUMAT YAYDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir