Həm qadın, həm kişi basketbolçularımız “İslamiada” çempionu oldu- FOTO

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında həm kişilər, həm də qadınlar arasında basketbol 3×3 yarışları Azərbaycan idmançılarının qələbəsi ilə başa çatıb.

Etikxeber.az xəbər verir ki, qadın basketbolçularımız həlledici qarşılaşmada Mali yığmasını 13:7 hesabı ilə məğlub edərək qızıl medala sahib olublar. Üçüncü yer uğrunda görüşdə isə Türkiyə yığması Türkmənistan millisinə 13:9 hesabı ilə qalib gəlib.

Kişi basketbolçuların yarışının final görüşündə Azərbaycan yığma komandası Qətər millisinə 13:9 hesabı ilə qalib gələrək çempion adını qazanıb. Üçüncü yer uğrunda oyunda Türkiyə yığması Türkmənistan millisi üzərində 17:10 hesabı ilə qələbə qazanaraq bürünc medala sahib olub.

Xatırladaq ki, qrup mərhələsində uğurla çıxış edən Azərbaycanın qadın basketbolçuları dörddəbir finalda İndoneziyanı 20:9 hesabı ilə məğlubiyyətə uğradıblar. Komandamız yarımfinalda Türkiyə yığmasına 17:7 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Kişi basketbolçularımız isə qrup mərhələsindən sonra finala gedən yolda İndoneziya yığmasını 21:13, Türkiyə millisini isə 19:14 hesabı ilə məğlubiyyətə uğradıblar.

Etikxeber.az

Read Previous

“İSLAMİADA” QALİBİ: “Növbəti hədəfim dünya çempionatıdır”

Read Next

“Fənərbaxça” klubu basketbol üzrə Avropa liqasının qalibi oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir