“Həm susuzluq, həm cəbhədə baş verənlər insanlarda onsuz da gərginlik yaradıb, lakin…”-BƏHRUZ MƏHƏRRƏMOV

Ovçubərə, Təzəkənd, Yuxarı Cürəli kəndlərinin günlərdir susuz qalması ilə bağlı yerli və mərkəzi icra hakimiyyəti orqanları ilə danışıqlar apardıq. Verilən məlumata görə, quraqlıqla əlaqədar, su növbəli şəkildə verildiyi üçün həqiqətən də həmin istiqamətdə bir neçə gündür su buraxılmır, lakin sabahdan Cənub Muğan Kanalına su veriləcək.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Mən insanımızı yaxşı anlayıram, yayın qızmar çağında susuz qalmaq nə deməkdir, hamımız başa düşürük! Həm susuzluq, həm cəbhədə baş verənlər insanlarda onsuz da gərginlik yaradıb, lakin bəzi maraqlı qüvvələrin bu gərginlikdən öz mənafeləri naminə istifadə etmək, əhalini qızışdırmaq cəhdləri yolverilməzdir. Məsələni nəzarətə götürərək bir daha bütün orqanları və əhalini bu həssas dönəmə uyğun davranmağa çağırıram”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Tərəfləri münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırıram”-AŞPA PREZİDENTİ SAHİBƏ QAFAROVANIN MÜRACİƏTİNƏ CAVAB VERDİ

Read Next

“Azərbaycan xalqım, əgər bu səhvim sizə mənəvi təsir edibsə, sizdən üzr istəyirəm…”-ARZU NAĞIYEVDƏN NÖVBƏTİ AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir