“Həmin dövlətlərə daha gözəl həyat vəd edilirdi…” – MİLLƏT VƏKİLİ

Tutduğu vəzifədən, çalışdığı yerdən, təhsilindən, dünyagörüşündən və s. asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, Azərbaycanı azərbaycanlılardan daha çox heç kəs sevə bilməz. Azərbaycan bizim hər birimiz üçün müqəddəsdir.

Dünyada kifayət qədər xarici müdaxilələr nəticəsində məhv olmuş dövlətlər var. Həmin dövlətlərə isə daha gözəl həyat vəd edilirdi. Nəticə hər birimizin gözü qarşısındadır.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin komitə sədrinin müavini  Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, təbii ki, bu cür müdaxilələri ölkəmizə etmək mümkün deyil.

“Çünki Azərbaycan güclü dövlətdir, onun güclü lideri var və Azərbaycan xalqı kifayət qədər müdrikdir. Ölkəmizin daha da güclənməsi üçün hər bir sağlam qüvvənin cəmiyyətə düzgün mesajlar verməsi vacibdir. Siyasi partiyalar, vətəndaş cəmiyyəti nümayəndələri xarici müdaxilələrə ciddi müqavimət göstərməlidirlər.

şahin-shahin

Xüsusilə vətəndaş cəmiyyəti nümayəndələri bu prosesdə vacib rol oyanaya bilərlər. Bildiyiniz kimi ölkələr haqqında müəyyən hesabatlar məhz QHT-lərin rəyləri əsasında formalaşır. Odur ki, QHT-lər Azərbaycan reallıqlarının düzgün çatdırılması və dezinformasiyaya qarşı mübarizədə vacib rol oynayırlar. Onların bu işlərə töhvəsi kifayət qədər vacibdir. Siyasi partiyalar da həmçinin ümumölkə məsələlərində əməkdaşlığa yer verməlidirlər.

Xüsusi qeyd etmək istərdim ki, hər zaman belə məqamlarda Yeni Azərbaycan Partiyası öz avanqard mövqeyini nümayiş etdirir və ölkə üçün hər bir sağlam təşkilatı əməkdaşlığa çağırır…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Beş qol və üç qırmızı vərəqə… – FOTO

Read Next

Bakının işğaldan azad edilməsinin, “Azərbaycan” qəzetinin yaranmasının – 101 İLİ TAMAM OLUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir