Həmrəy, güclü, səbirli olaq və idmandan qalmayaq…-YUSİF BABANLI YAZDI

Ölkəmizdə idmanın inkişafı gənc nəslin fiziki-mənəvi inkişafını daha da sürətləndirir.

Sağlam bədəndə sağlam ruh olar devizi əbəs yerə deyilməmişdir.

Həkim və mütəxəssislərin gəldiyi qənaətə əsasən idman insanın sağlamlığında mühüm rol oynayır. İnsanın əhvalını yüksədir, narahatlıq və gərginliyi aradan qaldırır. Əsəb sisteminin müalicə olunmasında idmanın müsbət effektləri çoxdur.

Fiziki tərbiyə ilə müntəzəm məşğul olmaq xroniki xəstəliklərin qarşısını alır və insanda immunitet sistemini gücləndirir. Həmçinin, tədqiqatçı və mütəxəssislər idmanın insanda müsbət əxlaqi keyfiyyətlər, vətənpərvərlik, özünəinam, səbr, mətanət, dözüm və s. kimi keyfiyyətlərin folrmalaşdırdığını dəfələrlə sübut etmişlər. Bütün bunlarla yanaşı fiziki tərbiyənin köməyi ilə əmək, hüquqi, iqtisadi, gigyena və digər tərbiyə növlərinin də təməli qoyulur. Söszsüz ki, yuxarıda qeyd etdiyimiz keyfiyyətləri özündə cəmləşdirən gənc hərtətəfli inkişaf etmiş şəxsiyyət kimi özünü cəmiyyətdə sübuta yetirəcəkdir.

İdmanın kütləviliyi hər bir xalqın inkişafı üçün vacib elementlərdən sayılır. Yaxın illərin statistkasına görə Azərbaycanda bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı 2 milyona yaxındır. Hesablamalara görə ölkəmizdə idmanın kütləviliyi hər il daha geniş vüsət almaqdadır.Yeniyetmə və gənclər arasında idmana marağın artması dövlətin gənclər və idman siyasətinin uğurla həyata keçməsi deməkdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra idmana dövlət dəstəyi və qayğısı idmanın kütləviliyinə təkan verdi.

İdmançılarımızın beynəlxalq arenalarda qələbələri, bayrağımızın qürur və fərəh hissi ilə qalib ölkələr sırasında dalğalanması yetişən gənc nəsildə idmana həvəs və stimul yaratdı. Gənclərimiz arasında idmanın kütləviliyinə nail olmağın müsbət tərəflərindən biri də budur ki, bu gün bizə sağlam, güclü və dözümlü gənclər toplusu lazımdır. Məlum məsələdir ki, hər bir dövlətin güclü müdafiə qüdrəti onun ordusundakı sağlam, fiziki və mənəvi cəhətdən güclü gənclərinin olması ilə bağlıdır.

Bu gün vətənimizin xeyli hissəsinin düşmən tapdağı altında olması bizim güclü və sağlam ordu ilə hər an müharibəyə hazırlıqlı olmağımız deməkdir. Artıq aylardır ki, bütün dünya pandemiya ilə mübarizəyə cəlb olunb. Koronovirus pandemiyasının fəsadlarından maksimum müdafiə üçün dünya sosial izolyasiya və karantin metodlarından geniş istifadə edir. Ölkəmizdə də pandemiya ilə mübarizə tədbirləri uğurla həyata keçirilməkdədir. Ölkə başçısı Cənab İlham Əliyevin göstəriş və tövsiyyələrinə əsasən respublikamızda karantin qaydaları tətbiq olunmaqdadır.

Bütün bunlar birmənalı olaraq xalqın sağlamlığının qorunmasına yönəldilmiş təbdirlərdir. Bütün dünyada idman tədbirləri və yarışları təxirə salınsada idmançılar ruhdan düşməmiş, idmanla mövcud şərait daxilində həvəslə məşğul olurlar. Ölkəmizdə digər sahələrlə yanaşı idman müəssisələrinin də müvəqqəti qapalı olması idmançılarımızı ruhdan salmamış, məşq və fiziki tərbiyə təlimlərini müvafiq qaydalara rəayət etməklə davam etdirilər.

İnanırıq ki, dünya tezliklə pandemiya təhlükəsindən azad olacaqdır.

İdman yarışları bərpa olunub beynəlxalq səviyyədə keçiriləcək və əvvəlki illərdəki kimi idmançılarımız turinerlərdə güc və iradələrini nümayiş etdirərək ölkəmizi layiqincə təmsil edəcəklər.

Həmrəy olaq, güclü və səbirli olaq, ən əsasıda idmanadan qalmayaq!

Yusif BABANLI,

ADBTİA-nın prorektoru, professor

Etikxeber.az

Read Previous

“Yeni islahatlar” erasına start verilib-ŞAHİN SEYİDZADƏ

Read Next

Çin-Hindistan sərhəddində nə baş verir?-BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir