“Həmsədrlər bundan sonra postmünaqişə dövrü üçün hansı addım ata biləcəklərinə dair konkret təkliflərlə çıxış etməlidirlər, ancaq…”-MİLLƏT VƏKİLİ

1992-ci ildən fəaliyyət gösətərən  ATƏT-in Minsk qrupu münaqişənin həlli  istiqamətində heç bir real addım atmadı, əksinə işğalçı ilə işğala məruz qalan tərəfə bərabər münasibət sərgilədi. Bu isə yaddaşlarda daha çox “turist səfərləri edən diplomatlar” kimi qalan ATƏT-in Minsk qrupunun tərəfsizlik prinsipini pozduğunu sübut etdi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Ramin Məmmədov deyib.

O, qeyd edib ki, əslində, Minsk qrupunun həmsədrlərinin bu cür “fəaliyyəti” dolayısı yolla işğalçı Ermənistanın status-kvonu saxlamaq planlarına dəstək xarakteri daşıyıb.

“44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanan Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi və bununla da Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Hesab etmək olardı ki, heç olmasa bundan sonra həmsədrlər özlərində güc tapıb düzgün istiqamət götürəcəklər. Lakin görünən odur ki, onlar nə buna cəhd etmirlər, nədə ki, bundan sonrakı proseslərlə bağlı hər hansı təkliflə çıxış etmirlər.

ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bu məqama toxunan Prezident İlham Əliyev bildirib: “Biz, həmsədrlərin – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın mövqeyinin nədən ibarət olduğunu bilməliyik. Onlar Minsk qrupunun gələcək fəaliyyətini necə görürlər? Çünki bu quruma həmsədrlik edən onlardır. Bu da bizim mövqeyimizdir. Münaqişə öz həllini tapdıqdan sonra problemin həllinə kömək etməli olan qrupun fəaliyyətinə yer varmı? Bilmirəm. Eyni zamanda, mən bizə artıq Minsk qrupu lazım deyil, çıxın gedin də deyə bilmirəm. Xeyr. Nəyə görə bunu deyim ki? Buna görə mən onlara diplomatik şəkildə düşünməyi və kreativlik göstərməyi xahiş etdim. Onlar bu 29 il ərzində çox kreativ olublar. Bir az da kreativlik göstərsinlər”.

Beləliklə, Azərbaycan tərəfinin haqlı mövqeyi ortadadır. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Və deməli, həmsədrlər bundan sonra postmünaqişə dövrü üçün hansı addım ata biləcəklərinə dair konkret təkliflərlə çıxış etməlidirlər, ancaq hələ ki, biz bununla bağlı konkret mövqenin sərgiləndiyini görmürük…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Bir gözünü itirən və 10-cu göz əməliyyatına girməyə hazırlaşan Qazimizə diqqətsizlik-NƏ VAXTADƏK DAVAM EDƏCƏK?

Read Next

Daha bir Şəhidimiz…İtkin düşmüş hərbçinin Şəhid olduğu-MƏLUM OLDU – SABAH HACIQABULDA DƏFN OLUNACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir