Həmsədrlər cəbhədəki son durumla bağlı bəyanat verdi…

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son gərginliklə bağlı narahatlıqlarını ifadə edən bəyanat yayıblar.

Etikxeber.az-ın xəbərinə görə, ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan müdafiə nazirlikləri, eləcə də digər mənbələrin məlumatlarına əsasən fevralın 25-də səhər saatlarında qoşunların təmas xəttində insan tələfatı ilə müşayiət olunan atəşkəs rejiminin ciddi şəkildə pozulması qeydə alınıb. Çoxlu sayda cəsəd neytral zonada qalıb və tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə, ağır silahlardan istifadəni dayandırmağa və ATƏT sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq meyitlərin götürülməsinə şərait yaratmağa çağırıblar.

Həmsədrlər, həmçinin tərəflərə güc tətbiq etməmək barədə öhdəliklərini xatırladıblar.

Etikxeber.az

Read Previous

Orta ömür müddəti artacaq?!

Read Next

“Candoco” rəqs ansamblı Bakıda çıxış edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir