“Həmsədrlər dəyişdirilməli ya ABŞ, Rusiya, Türkiyə dövlətlərinin təmsilçilərindən ibarət qrup yaradılmalı ya da mövcud qrupa Türkiyə, Polşa dövlətlərinin təmsilçiləri də əlavə edilməlidir”-ARİF HACILI

Vətənpərvərlik ruhunu qaldırmaq və iqtisadi potensialımızdan istifadə etməklə, yüksək döyüş qabiliyyətli ordu yaratmaq, demokratik islahatlar və düzgün diplomatik siyasətlə beynəlxalq birliyin etimadını qazanmaq, Rusiyadan mümkün qədər məsafələnib alternativ güc mərkəzlərinin dəstəyini almaqla, problemin ədalətlə nizamlaması imkanları kifayət qədər real görünür.

Etikxeber.az-ın xəbərinə görə, bunu amerikaninsesi.org-a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Qeyd edib ki, Minck qrupu həmsədrlər institutu faktiki olaraq danışıqların davam etməsi imitasiyası yaratmaqla konfliktin həll olunmasına yox, konservləşdirilməsinə xidmət edir.

“Minsk qrupu həmsədrləri sırasında Ermənistanın mövqelərini açıq şəkildə müdafiə edən iki ölkənin – Rusiya və Fransanın təmsilçiləri olduğu halda Azərbaycanın mənafelərini müdafiə edən və ya edə biləcək dövlətlərinin təmsilçiləri yoxdur. Bu fakt nəzərə alınmaqla Minsk qrupu həmsədrləri dəyişdirilməli ya ABŞ, Rusiya, Türkiyə dövlətlərinin təmsilçilərindən ibarət qrup yaradılmalı ya da mövcud qrupa Türkiyə, Polşa dövlətlərinin təmsilçiləri də əlavə edilməlidir. Bu təkliflər baş tutmasa Minsk qrupunun vasitəçiliyindən imtina edilməlidir. Qarabağ probleminin həlli populist şüarlarla, qarşı tərəfin diqtə etdiyi etdiyi şərtlər əsasında aparılan nəticəsiz “sülh danışıqları” ilə yox, sistemli və prinsipial ümummilli siyasət, dövrün diqtə etdiyi şərtlər daxilində möhkəm siyasi iradə nəticəsində mümkün olacaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Millət vəkili Məmmədyarovu, Qarayevi və Mehdiyevi- YENİDƏN VƏ DAHA SƏRT ŞƏKİLDƏ İTTİHAM ETDİ…

Read Next

“Keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq”-İLHAM ƏLİYEV BMT-NİN BAŞ KATİBİNƏ ZƏNG ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir