Həmsədrlər və NATO qondarma “DQR”-də keçirilən “seçkilər”i-TANIMADI – YENİLƏNİB

ATƏT-in Minsk qrupu həmsədrləri bəyanat yayıb.

Etikxeber.az-ın məlumatına görə, həmsədrlər İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) bəyanatlarında bildiriblər ki, martın 31-də Dağlıq Qarabağda keçirilən “seçkilər”in nəticələrini tanımırlar.

Vasitəçilər bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində həmsədrlərin 9 mart tarixli bəyanatında qeyd olunmuş prinsip və elementlərə uyğun olaraq, regionun gələcəyinin həll olunmasında Dağlıq Qarabağ əhalisinin rolunu tanıyırlar.

Həmsədrlər onu da qeyd edirlər ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə və ya başqa bir ölkə tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır.

Həmsədrlər müvafiq olaraq, bu “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmir və nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər.

***

“Bu gün Dağlıq Qarabağda keçirilən “ümumi seçkilər”ə gəlincə, NATO bu “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmir və nəticələrin heç bir halda Dağlıq Qarabağın yekun statusuna və ya Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həll edilməsi üçün davam edən danışıqların nəticəsinə xələl gətirməyəcəyini vurğulayır. NATO ATƏT-in Minsk Qrupunu, o cümlədən həmsədrlərin bu məsələ ilə bağlı son bəyanatını dəstəkləyir”.

Bunu isə NATO baş katibinin siyasi məsələlər üzrə müavini və Cənubi Qafqaz ve Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay “Facebook” səhifəsində bildirib.

Etikxeber.az

Read Previous

“Lənətlənmələri gərəkən üç zümrə var…”-DEPUTAT

Read Next

Sınaqdan uğurlu çıxmağın-3 MÜHÜM ŞƏRTİ…-TAHİR MİRKİŞİLİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir