Həmsədrlər yenə “narahat” olublar…

ATƏT-in Minsk qrupunun həmsədrləri yaydıqları birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər atəşkəs rejiminin pozulması hallarını pisləyərək, tərəfləri gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırıblar.

Etikxeber.az-ın məlumatına görə, sənəddə zərbələrin endirildiyi obyektlərə, habelə qurbanlar və dəymiş zərərə dair ziddiyyətli məlumatların olduğu qeyd edilir.

“Həmsədrlər atəşkəs rejiminin pozulması hallarını pisləyirlər və tərəfləri gərginliyin artmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırırlar” – deyə, həmsədrlərin birgə bəyanatında bildirilir.

Məlumata görə, həmsədrlər və ATƏT sədrinin şəxsi nümayəndəsi vəziyyət barədə daha dolğun və dəqiq informasiya əldə etmək üçün əlavə məlumatlar toplamaqda davam edirlər.

Etikxeber.az

Read Previous

Bunu da etməyi bacardılar…

Read Next

FAİQ QARAYEV: “Hər kəs bizdən qızıl medal gözləyirdi və…” – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir