“Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addımı qəbuledilməzdir” – KOMİTƏ SƏDRİ

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa deputatlarının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri yolverilməzdir. Biz digər üzv dövlətlərin bununla bağlı mövqe bildirmələrini istəyirik.

Etikxeber.az  xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə bildirib.

Komitə sədri qeyd edib ki, Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməli və bu təxribatlara ad verməlidirlər.

Onun sözlərinə görə, heç bir xalq silah gücü ilə digər xalqın müqəddəratını təyin edə bilməz. Azərbaycan torpaqlarının işğal olunması bütün dünyaya bəllidir. Eyni zamanda, bütün beynəlxalq təşkilatlar bilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan azərbaycanlı əhali etnik təmizlənməyə məruz qalıb və hazırda Dağlıq Qarabağda heç bir azərbaycanlı yaşamır.

“Bu gün qaçqın və məcburi köçkün vətəndaşlarımız Azərbaycanın 59 şəhər və rayonunda məskunlaşıblar. Belə olan halda ATƏT-in Minsk qrupunun həmsədrlərinin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir. Biz bunu pisləyirik və ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərdən buna mövqe bildirilməsini gözləyirik”– deyə, Rövşən Rzayev vurğulayıb.

Etikxeber.az

Read Previous

“Bu seçki də YAP namizədlərinin qalib gəlməsi ilə başa çatacaq” – ƏLİ ƏHMƏDOV

Read Next

“Ayrı-ayrı ölkələrdə sığınacaq alanların fəaliyyəti narahatlıq doğurur” – YAP RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir