“Hər bir millətin boyu təhsilin səviyyəsi ilə ölçülür” – DEPUTAT MƏKTƏB AÇILIŞINDA BELƏ DEDİ – FOTOLAR

“Ulu Öndər Heydər Əliyevin qarşısında ucaldılan ən böyük abidə məktəbdir.

Çünki dövlət iqtisadiyyatdan deyil , mənəvi və elmi kasıblıqdan dağılar”.

Etikxeber.az xəbər verir ki, bunu Bərdə rayonundan deputat olan Zahid Oruc mayın 4-də adıçəkilən rayonda inşa edilmiş yeni məktəbin açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə,  hər bir millətin boyu təhsilin səviyyəsi ilə ölçülür:

“O mənada hərbçi-millət formalaşdırmağı qarşısına məqsəd qoymuş xalqlar dünyanın inkişaf məntiqinə qarşı getdiklərinin fərqində deyillər”.

zahid-1-2

zahid-1-3

O, deyib ki, çünki qılıncların gücünə aparılan fatehlik savaşları elm məbədinə söykənmədiyindən sonu məğlubiyyətlə üzləşir.

“Heydər Əliyev dünyada bütün titul və adları “müəllim” kəlməsindən aşağıda tutub. Çünki dahi lideri kiçik bir əyalətdən “dünya adamı” mərtəbəsinə qaldıran məhz parlaq zəkası,elmi fitrəti və tükənməz bilik xəzinəsi olub.

Kasıb və zəhmətkeş bir kişinin övladının lampa işığında aldığı dərsi sonra böyük ideallar və müstəqil Azərbaycan naminə öz millətinə sönməz günəş kimi geri qaytarması tarixdə nadir şəxsiyyətlərə qismət olur.

Bərdənin 32-lər kəndində Xanqaraqoyunlu orta məktəbinə toplaşan yüzlərlə adamı bir araya gətirən səbəb təkcə yeni arxitekturada qurulan binanın hər bir ornamentini və ya tam təchiz edilmiş fənn kabinələrinin qeydiyyatı deyildi, əsas məram ölkə başçısı İlham Əliyevin strateji məqsədi olan bilikli cəmiyyət və intellektual millət formaşalaşdırmaq üçün görüləcək işləri bir daha müzakirə etmək idi”-deyə, Z. Oruc sözlərinə əlavə edib.

zahid-1-4

zahid-1-5

Qeyd edək ki, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə  Agentliyinin rəhbəri Əli Məmmədovun təmsil etdiyi qurum tərəfindən inşa olunmuş yeni təhsilun ocağının açılışında Bərdə rayonun rəhbərliyi  də iştirak edib və onlar da   qəlblərində böyük inam və oxumaq istəyi olan gənc nəsilə öz ürək sözlərini söyləyiblər.

zahid-1

zahid-1-6

Etikxeber.az

Read Previous

“Azərbaycan sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verir” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Read Next

Mehriban Əliyeva İncəsənət Universitetinin tədris korpusunun açılışında – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir