“Hər bir musiqiçi üçün Moskva, London, Vyana səhnələrində çıxış böyük şərəfdir…” – BƏDƏLBƏYLİ BELƏ DEDİ

Bu gün Moskva Dövlət Akademik Filarmoniyasının P.İ.Çaykovski adına konsert salonunda görkəmli Azərbaycan pianoçusu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyi münasibətilə təntənəli gecə keçirilib.

Mədəniyyət və Turizm Nazi rliyi, Rusiya Mədəniyyət Nazirliyi və “Roskonsert” birliyinin dəstəyi ilə keçirilən yubiley gecəsində Fərhad Bədəlbəyli ilə yanaşı Xalq artistləri Murad Adıgözəlzadə və Yalçın Adıgözəlov, Əməkdar artistlər Əyyub Quliyev və Fuad İbrahimov və başqaları iştirak ediblər.

Etikxeber.az-ın  xəbərinə görə, Fərhad Bədəlbəyli  isə konsertdən əvvəl  jurnalistlərlə söhbətində bildirib ki, dünyanın mədəniyyət mərkəzlərindən biri olan Moskvada Azərbaycan incəsənətini təmsil etmək böyük şərəfdir:

“Hər bir musiqiçi üçün Moskva, London, Vyana, Nyu-York səhnələrində çıxış etmək böyük şərəfdir. Bu nəhəng musiqi mərkəzlərində səni qəbul ediblərsə, deməli sən peşəkar musiqiçisən”.

Konsert proqramında Moskva sənətsevərlərinə yeniliklər də təqdim ediləcəyini qeyd edən musiqiçi deyib:

“Konsertdə ilk dəfə S.Raxmaninovun fortepiano üçün yazdığı 2 saylı Suitası iki fortepiano və simfonik orkestrlə səslənəcək. Bu əsəri məşhur aranjemançı A.Varenberq məxsusi olaraq bizim üçün işləyib. Konsertdə görkəmli bəstəkarımız Fikrət Əmirovun 95 illiyi münasibətilə “Sevil” operasından “Balaşın ariyası” və Elmira Nəzirova ilə birgə yazdığı “Ərəb mövzusunda fortepiano üçün konsert”i səslənəcək. Mənim “Ave Maria” əsərimi isə Azər Rzazadə ifa edəcək”.

Etikxeber.az

Read Previous

İƏT-in Zirvə toplantısı: Azərbaycan Prezidentinin çıxışı necə qarşılandı? – RƏYLƏR

Read Next

37-ci ilədək 20-dən çox pyes yazan Cavid ədəbiyyatda mənzum dramın əsasını qoydu – AKADEMİK – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir