“Hər bir notariatda notarius köməkçisi olmalıdır”-FAZİL MUSTAFA MM-DƏ BELƏ BİR TƏKLİFLƏ ÇIXIŞ ETDİ

Hər bir notariatda notarius köməkçisi olmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa parlamentdəki çıxışı zamanı deyib.

O, qeyd edib ki, əgər notarius hansısa səbəbdən, xüsusilə də, pandemiya dövründə, işdə ola və ya işə çıxa bilmirsə, bu, müəyyən problemlər, vətəndaşlar üçün narahatlıqlar yaradır, insanlar get-gələ düşür.

Biz əgər vətəndaşların vəziyyətini yüngülləşdirmək istəyiriksə, o zaman mütləq şəkildə notariatlarda notaris köməkçisi məsələsini həll etməliyik. Hər bir notariatda mütləq notarius köməkçisi olmalıdır. Notaris iş yerində olmayanda, köməkçisi onu əvəz etməli və istənilən sənədi təsdiqləməlidir”-deyə, millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Daha 191 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

Qənirə Paşayeva müəllif hüquqları ilə bağlı MM-də dinləmənin keçirilməsini-TƏKLİF ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir