“Hər bir vətəndaşa 500 manat ilkin maliyyə yardımı ayrılsın, kommunal və kredit ödənişləri dayandırılsın”-SABİQ MİLLƏT VƏKİLİ

Hər bir Azərbaycan vətəndaşına 500 manat miqdarında ilkin maliyyə yardımının ayrılmasını, kommunal və kredit ödənişlərinin dayandırılmasını tələb edirik!

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəyli deyib.

“…Yaxşı, bəs indi bu xalqın, bu ölkənin ən ağır günüdür axı! Bundan da pis günümüzmü olacaq?! Hər bir azərbaycanlı hər an ölüm təhlükəsilə üz-üzədir. İnsanlar aclıqla sınağa çəkilir.Heç olmasa tək bircə dəfə, indi, bu ağır və təhlükəli günlərdə bu xalqın ana südü qədər halal sərvətlərindən, “bizim pulumuz, ehtiyatımız çoxdur” deyib öyündüyünüz sərvətlərindən bu xalqa da nəsə yerin! İşsiz, çörəksiz qalmış insanlara yardım edin! Bütün ölkələr vətəndaşlarına sahib çıxır, onlara, biznesə dəstək məqsədilə milyardlarla vəsait ayırır! Kommunal və kredit ödənişlərini dayandırır!Hər bir azərbaycanlının bu dövlətin sərvətlərinə haqqı var! Hər bir Azərbaycan vətəndaşına bu ağır böhran dövründə 500 manat ilkin yardım edilməsini tələb edirəm! Kommunal və kredit ödənişlərinin dayandırılmasını tələb edirəm!Öz vətəndaşlarının yüz milyardlarla sərvətini talamaq qarşılığında onları tibbi sığortadan belə məhrum edən, yoxsulluqla sınağa çəkən hakimiyyətin bunu etməmək haqqı yoxdur!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Deputatdan-MƏHKƏMƏ İCLASLARI İLƏ BAĞLI ÖNƏMLİ TƏKLİFLƏR

Read Next

200 məhkum azadlığa buraxıldı-ƏDLİYYƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir