“Hər kəs nəticəsi çıxarsın, çıxarmayanlar isə özlərindən küssünlər, aqibətləri o birilərindən fərqli olmayacaq…”-DEPUTAT

Ölkə Prezidenti cənab İlham Əliyev 17 il öncə hakimiyyətə gələrkən, yəni, 2003-cü ilin oktyabrında andiçmə mərasimində söylədiyi sözlərin, verdiyi vədlərin ötən müddət ərzində bir-birinə yerinə yetirilməsinə, öz hədəfinə çatmasına çalışıb və nail olub. Hər zaman sözünün, verdiyi vədlərin arxasında dayanıb, geri çəkilməyib. Son 17 ildə görülən işlərə, atılan addımlara, həyata keçirilən siyasətə diqqətlə nəzər salsaq, haralardan-haralara gəldiyimizi, hansı nöqtədən-hansı nöqtəyə çatdığımızı əyani şəkildə görə bilərik. Ölkə Prezidenti eyni zamanda, ilk gündən korrupsiyaya, rüşvətxorluğa, dövlət əmlakının və vəsaitinin mənimsənilməsinə, sui-istifadəyə, vəzifə səhlənkarlığına qarşı ciddi mübarizə aparılacağını, bununla barışılmayacağını bütün çıxış və nitqlərində birmənalı olaraq, söyləyib, vurğulayıb, bu fikirlər, mesajlar bütün söyləntilərdə qırmızı xətlə keçib. Yenə də ötən 17 ilə nəzər salsaq, bu yöndə hansı qətiyyətli və birmənalı addımların atılmasının şahidi olmuş olarıq. Burada velosiped və ya Amerika kəşf etməyə ehtiyac yoxdur. Hər şey göz önündə olub və göz önündədir.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Mətbuata açıqlamasında E. Səlimov sonra bildirib ki Azərbaycan dövlətinin, dövlət başçsının bu məsələlərdə nə qədər barışmaz və qətiyyətli olduğu hər an özünü göstərib. Korrupsiya, rüşvətxotluq hallarına, onu törədənlərə qarşı qanunların dili ilə ən sərt şəkildə davranılıb.

“2018-ci ilin aprel seçkilərindən, xüsusilə, 2019-cu ilin əvvəllərindən ölkədə bütün sahələr üzrə islahatlar daha ardıcılı, daha sürətli, daha geridönməz mərhələsinə qədəm qoyulub. Yeni kadr və struktur dəyişikliklərinə, islahatlarına start verilib, kimlər bu islahatlarla uyğunlaşıb, özünü doğruldub, onlarla yola davam edilib, kimlər ki, bu islahatlardan geridə qalıb, özünü doğrultmayıb və ya bu prosesdə tormoz rolunu oynayıb, onlarla vidalaşılıb, yollar ayrılıb. Son bir neçə ayda, 2019-cu ilin payızından son günlərimizə qədər yaşananlar, kadr dəyişiklikləri. yenilənmələr, rüşvətə, korrupsiyaya bulaşanların vəzifələrindən azad edilməsi, məsuliyyətə cəlb olunması da məhz bu proseslərin tərkib hissəsidir. Azərbaycan dövləti, dövlət başıçısı bir daha qətiyyətini və iradəsini ortaya qoydu ki, kimliyindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, heç kimə güzəştə gedilməyəcək, heç kimin xətalarına, nöqsanlarına, cinayətlərinə göz yumulmayacaq, hər kəs etdiyi əmələ görə, dövlət və qanunlar qarşısında cavab verəcək.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də Azərbaycanın ən mühüm təsisatlarından, dövlətin, dövlətçiliyin təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyan dövlət qurumlarındandır. DTX tərəfindən keçirilən əməliyyatlar da məhz həyata keçirilən proseslərin tərkib hissəsidir. Xüsusilə, də cənab Əli Nağıyevin bu quruma rəhbər təyin olunmasından sonra DTX öz həyatında yeni inkişaf mərhələsini yaşamaqda, əvvəlki nüfuzunu, şöhrətini bərpa etməkdədir. Bu səbəbdən də, onların istər icra başçıları, istər Mədəniyyət Nazirliyi, istərsə Dövlət Sərhəd Xidməti ilə bağlı keçirdiyi əməliyyatlar xalq, vətəndaşlar tərəfindən birmənalı şəkildə razılıqla və müsbət qarşılanmaqda, dəstəklənməkdədir. Bu, bir daha onun göstərir və nümayiş etdirir ki, Azərbaycanda korrupsiyanın və rüşvətxorluğun kökünün birdəfəlik kəsilməsi üçün bütün addımlar atılır və bundan sonra da atılacaq. Burada geriyə çəkilmə olmayacaq.

“…Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksəkvəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi…”.

Bu sözləri cənab Prezidentimiz bir neçə gün öncə dilə gətirdi və bir daha iradəsini ortaya qoydu. Hesab edirəm ki, bunun da geniş, təfsilatlı izahına heç bir ehtiyac yoxdur, hər şey açıq və birmənal şəkildə qeyd edilib. Yetər ki,hər kəs bundan nəticəsini çıxarsın, çıxarmayanlar isə özlərindən küssünlər, aqibətləri o birilərindən fərqli olmayacaq”-deyə, o, mətbuata açıqlamasında daha sonra bildirib.

Etikxeber.az

Read Previous

“Hamıda hər şey yaxşı olanda hamı bir-birini təbrik edir və uğurlarına sevinir, lakin ağır dəqiqədə…”-PREZİDENT – İLHAM ƏLİYEVLƏ İQOR DODON ARASINDA VİDEOKONFRANS FORMATINDA GÖRÜŞ KEÇİRİLDİ – FOTOLAR

Read Next

“Əgər Şuşa və Laçın, xüsusilə, Laçın dəhlizi işğal olunmasaydı,ermənilərin və onların havadarlarının niyyətləri, işğal planları tam baş tutmayacaqdı…”-ELDAR İBRAHİMOV 28 İL ÖNCƏ BAŞ VERƏNLƏRDƏN, LAÇININ İŞĞALINDAN VƏ ALİ SOVETİN 18 MAY TARİXLİ SESSİYASINDAN DANIŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir