Hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların məktəbə qəbul edilməsi təklif olunur

Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların da məktəbə qəbul edilməsi təklif edilir.
 Etikxeber.az xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik edilir.
Qanun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır.
mektebe_hazirliq_esas_001
Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunur.
Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
Digər dəyişikliklə isə maddənin 12-ci bəndinin ləğv edilməsidir.
Bu bəndə əsasən, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna dəyişikliklər ediləcək

Read Next

Neftin qiymətini büdcədə 55 dollar həcmində götürmək olar – ƏLİ MƏSİMLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir