“Hər zaman yeniliklərə açıq ölkə kimi Azərbaycanın bu məsələdə də istəyi, iradəsi ortadadır”-MİLLƏT VƏKİLİ

Dünyanı qlobal böhran bürüdüyü, koronavirus pandemiyası başına götürdüyü bir zamanda iqtisadiyyatlarını müasir texnologiyalar və innovasiyalar üzərində quran ölkələr bu böhrandan az itkilərlə çıxaraq, yeni dönəmdə daha sürətli inkişafa qovuşacaqlar. Hər zaman yeniliklərə, müasir texnologiyaların tətbiqinə açıq ölkə kimi Azərbaycanın bu məsələdə də səmimi istəyi, iradəsi, addımları ortadadır. Atılan addımlar, görülən işlər hər birimizin gözləri qarşısındadır.

Etikxeber.az-ın xəbərinə görə, bunu deputat Azər Badamov deyib.

Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyev ölkə iqtisadiyyatının gələcəyini yeni texnolgiyalar və innovasiyaların üzərində görür və ona görə də Dünya İqtisadi Forumuna səfərləri zamanı dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirir:

“Bununla da bizim texnologiyalara olan niyyətimiz haqqında məlumatlar verilir. Artıq bu şirkətlər Azərbaycanı yeni texnologiyalara açıq ölkə kimi tanıyırlar və özləri təşbbüs göstərərək prezidentimizlə görüşmək istəyini bildirirlər. Bir neçə gün əvvəl keçirilmiş CISCO və “Signify” şirkətlərinin rəhbərlərilə baş tutmuş videokonfranslar da həmin şirkət rəhbərlərinin təşəbbüsü ilə baş tutub. CISCO şirkəti Azərbaycanda Ağıllı şəhər, Ağıllı məktəb, Ağıllı ölkə layihələrinin icra olunmasında əməkdaşlıq etmək niyyətini ortaya qoyur. Dünyanın ən məşhur 10 “yaşıl” şirkətindən olan “Signify” şirkəti isə ölkəmizin işıqlandırılma sistemlərinin daha müasirləşdirilməsində iştirak etmək istəyir”.

A. Badamovun sözlərinə görə, hər iki şirkətin təklifləri Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsində xüsusi əhəmiyyəti olacaq:

“Biz müasir texnologiyalardan istifadə, iqtisadiyyatı elektronlaşdırmaq, su və enerji resurslarına qənaət etməklə, istehsal olunan məhsullarını daha çox ixrac imkanınına malik olacağıq. Çünki dünyanı qlobal böhran bürüdüyü, koronavirus pandemiyas başına götürdüyü bir zamanda iqtisadiyyatlarını müasir texnologiyalar və innovasiyalar üzərində quran ölkələr bu böhrandan az itkilərlə çıxaraq, yeni dönəmdə daha sürətli inkişafa qovuşacaq, nail olacaqlar. Azərbaycan belə ölkələrin önündə gedir. Heç bir fors-major situasiya, heç bir qüvvə də Azərbaycanı bu yoldan döndərə bilməyəcək”.

Etikxeber.az

Read Previous

“Toyların olmasına, insanların sevincinə sevinmək lazımdır…”-NİYAMƏDDİN MUSAYEV

Read Next

“Bu, bir daha keçmişimizə, şərəfli tariximizə olan ehtişamın təntənəsi hesab edilə bilər…”-EKS-DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir