Hərbi vəziyyətə mane olan həmkarlar təşkilatlarının fəaliyyəti dayandırıla bilər – DƏYİŞİKLİK

“Həmkarlar ittifaqları haqqında” qanuna da bəzi dəyişikliklər edilməsi nəzərdə tutulur.

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsində göstərilir ki, sənədə yeni məzmunda üçüncü hissə əlavə edilsin.

Yəni, “Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti hərbi vəziyyət dövrü başa çatanadək dayandırlıa bilər” hissəsinin qanuna əlavə edilməsi istənilir.

Eyni zamanda “adına “xitam verilməsi” sözlərindən sonra “və ya fəaliyyətinin dayandırılması” sözlərinin əlavə edilməsi təklif olunur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əmək Məcəlləsi dəyişdirilir – HƏRBİ VƏZİYYƏT DÖVRÜ İLƏ ƏLAQƏDAR

Read Next

“Yeni qanuna niyə kvotanı salaq ki?” – NAZİR MÜAVİNİNDƏN DEPUTATA CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir