“Hərbiyə, Orduya ayrılan pullar havayı getmədi…Güclü, qüdrətli, yenilməz Azərbaycan Ordusu formalaşdı və bu Ordu həran, hər gün Zəfər, Tarix yazmaqdadır”-MİLLƏT VƏKİLİ

Artıq 24 gündür İkinci Vətən Müharibəsi davam edir.

Azərbaycan Ordusu böyük Zəfərlərə, Qələbələrə imza atır, Ali Baş Komandanın rəhbərliyi altında murdar və mənfur düşmənə, terrorist, faşist Ermənistan əsl dərs keçir, onu yerdən-yerə vurur.

Azərbaycan Ordusu ondan qat-qat çox silahlanmış düşməndən, cinayətkar, əliqanlı Ermənistan ordusundan müqayisəyəgəlməz dərəcədə üstünlüyə malikdir.

Heç kimə sirr deyil ki, Ermənistan-Azərbaycan münaqişəsi başlanan gündən düşmən-vassal ölkə başqa, onu “ərsəyə gətirən” dövlətlər tərəfindən açıq və gizli şəkildə silahlandırılıb və silhalandırılır.

Hətta, bəzi silahların sözdə, üzdə pulla, kreditlərlə satıldığı-alındığı bildirilsə də, ortada bunu sübut edən heç bir sənəd, ödəniş yoxdur.

Hamısı düşmən ölkəyə havadarları, bu bölgəni qan gölünə çevirmək, Azərbaycanı öz müstəqil inkişafından, Haqq savaşından döndərmək istəyən dairələr, mərkəzlər tərəfindən pulsuz-parasız verilib, hədiyyə edilib.

Ancaq çox silah-sursata sahib olmaqla deyil, bununla iş bitmir, əsas ruhdur, cəsarətdir, döyüş aparmaq qüdrəti, qabiliyyəti, bacarığıdır.

2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Cünnüt əməliyyatı bu mifi dağıtdı, yəni, erməni ordusunun yenilməzliyi barədə yaradılan əsatiri yerlə-yeksan etdi.

Bunu müzəffər, şanlı, qüdrətli, güclü, döyüş qabiliyyətli Azərbaycan Ordusu etdi.

Çünki istər Ulu Öndər Heydər Əliyevin ikinci hakimiyyəti dönəmində, istərsə də, onun kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə Azərbaycan Ordusunun ən müasir standartlara cavab verməsi, onun döyüş qabiliyyətinin artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsi, bütövlükdə ordu quruculuğu istiqamətində böyük addımlar atıldı, atılır, bu gün də atılmaqdadır.

Azərbaycan Ordusu bu gün dünyanın 50 güclü orduya malik ölkəsinin ordusu sırasındadır və bu sıralamada da getdikcə ön yerlərə addımlamaqdadır.

Azərbaycanın hər il artan hərbi büdcəsi az qala düşmən, faşist, terrorist ölkənin bütövlükdə dövlət büdcəsinə bərabərdir. Bu, böyük uğur, böyük üstünlük və böyük göstəricidir.

Bəli, çox təəssüflər olsun ki, bəzən bizdə bəzi ağzıgöyçəklər, qədirbilməzlər tərəfindən “hərbiyə ayrılan pullar hara getdi, hanı silah-sursatımız?” və sair kimi xoş olmayan fikirlər, suallar, səfsəfələr ortaya atılır, cəmiyyətdə süni ajotaj yaratmağa, orduya, dövlətə inamsızlıq hissi aşılmağa cəhdlər göstərilirdi.

Bunu edənlərin də məqsədi bəlli idi…Onlar heç də ali məqsədlər güdmür, milli maraqlardan çox-çox uzaqda dayanaraq, şəxsi, cılız maraqlardan çıxış edirdilər… Özlərini guya “canıyan” kimi göstərməyə çalışır, amma əslində “bəlkə də qaytardılar” xülyası ilə yaşayır, başqa sevdalarda idilər…

Amma İkinci Vətən Müharibəsi, cəmi 24 gündə əldə edilən möhtəşəm Zəfərlər və Qələbələr bir daha göstərdi ki, hərbiyə ayrılan pullar hara gedib, nəyə xərclənib. Çünki bu pullar, bu xərclər olmasaydı, Orduya bu qədər qayğı və diqqət göstərilməsəydi, bugünkü uğurlarımızdan, Qələbələrimizdən, Zəfərlərimizdən danışmaq bəlkə də çətin olardı.

Bu, bir daha həmin dairələrin, insanların iddialarının puç və çürük, özlərinin isə mənəvi və siyasi cəhətdan iflas həddində olduğunu göstərdi və göstərməkdədir.

Azərbaycan dövləti nəyi necə etmək lazım olduğunu hər kəsdən yaxşı bilir.

Məhz güclü Azərbaycan dövləti güclü Azərbaycan Ordusunun qarantıdır.

Dövlət öz Ordusuna, Ordusu da öz Dövlətinə inanır, güvənir, bir-birindən güc-qüvvət alır və bu Ordunun Zəfərləri, Qələbələri hələ çox olacaq.

İşğal altındakı bütün ərazilərimiz son qarışına kimi, erməni murdarlarından təmizlənənədək Zəfər, Qələbə yürüşü davam edəcək və müqəddəs Zəfər, qəti Qələbə əldə ediləcək.

Eldəniz SƏLİMOV

Millət vəkili

Etikxeber.az

Read Previous

Ermənistana məxsus daha 3 PUA-MƏHV EDİLDİ…

Read Next

“Azərbaycan bu gün artıq beynəlxalq hüquqa, vastəçilərə güvənmir…Özünə, ordusuna, Ali Baş Komandanına güvənir və müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad edir…”-HİKMƏT BABAOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir