“Hətta təhsil haqqına görə təhsilini atmaq istəyən 3-cü, 4-cü kurs tələbələri var…”-QƏNİRƏ PAŞAYEVADAN HÖKUMƏTƏ SƏSLƏNİŞ – VİDEO

Çətin vəziyyətə düşən ailələrin 15 minə yaxın övladının təhsil haqlarının pandemiya dövründə ödənilməsi dövlət tərəfindən həyata keçiriləcək.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Q. Paşayeva sosial həssas qrupa aid edilən kateqoriyanın sərhədlərinin genişləndirilməsini təklif edib:

“Çünki bununla bağlı hədsiz müraciət var. Hətta təhsil haqqına görə təhsilini atmaq istəyən 3-cü, 4-cü kurs tələbələri var. Ümumiyyətlə, çətin vəziyyət olan ailələrə xüsusi diqqət yetirilməlidir. Sosial baxımdan həssas qrupa daxil edilən tələbələrin sayı artırılmalıdır. Təhsil Nazirliyi də bununla bağlı məsələyə yenidən baxmalıdır”.

Komitə sədri bildirib ki, bəzi sahələrlə bağlı yumşalmalara yenidən baxmaq lazımdır:

“Mall”ardan kənarda olan mağazaların, açıq havada olan kafe və restoranların açılmasına ehtiyac var. Bu, iş yerləri, sahibkarlığın inkişafı baxımından müsbət addım olardı. Amma bu məsələlərə baxılması, risklərin dəyərləndirilməsi də vacibdir”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Şəhidin adından sosial şəbəkələrdə insanlar oyun oynayırlar…”-BƏHRUZ MƏHƏRRƏMOV HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA ÇAĞIRIŞ ETDİ

Read Next

“Marketlərdə insanların sayı daha çoxdur, nəinki mebel mağazalarında…”-FƏZAİL AĞAMALI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir