“Həyata keçirilən sosial layihələr vətədaşlarda, gənc ailələrdə böyük məmnunluq yaradır”-MİLLƏT VƏKİLİ PREZİDENTLƏ BİRİNCİ VİTSE-PREZİDENTİN ŞAMAXI SƏFƏRİNDƏN VƏ ORADAKI AÇILIŞLARDAN DANIŞDI

Mayın 25-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfəri və səfər zamanı bir sıra sosial obyektlərin açılışı, müqəddəs məkanların ziyarət edilməsi böyük əhəmiyyət kəsb edir.

Etikxeber.az xəbər verir ki, bu fikri deputat Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, ölkəmizdə sosial layihələr uğurla davam etdirilir.

Onun sözlərinə görə, bütövlükdə, koronavirus pandemiyasının ölkəmizin iqtisadiyyatına və sosial həyatına mənfi təsirini azaltmaq məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər həyata keçirilir.

Millət vəkili bildirib ki, bu istiqamətdə Tədbirlər Planında əksini tapan sosial paketin tam və vaxtında icra edilməkdədir və ölkə Prezidentinin qeyd etdiyi kimi, Azərbaycanda heç bir sosial layihə təxirə salınmayacaq.

“Digər bir vacib məqam ondan ibarətdir ki, dövlətimiz yetişən yeni nəslin təlim- tərbiyəsini xüsusi diqqət mərkəzində saxlayır. Dövlətimiz gənc nəslin təlim- tərbiyəsinə uşaq baxçalarından başlamış, orta və ali təhsil, eləcə də elmi fəaliyyətləri müstəvisinə qədər yüksək dəstək göstərir. Bundan əlavə, gənclər, gənc ailələr üçün sosial dəstək layihələri, özünəməşğulluq proqramı, gənc ailələrə güzəştli şərtlərlə mənzillərin verilməsi də bu baxımdan önəmlidir. Bu gün gənclərimiz yaxşı təhsil almaq, iş tapmaq üçün yalnız paytaxta axın etmir. Sevindirici haldır ki, bu istiqamətdə ölkənin digər şəhərlərində və bölgələrində zəruri tədbirlər həyata keçirilir”-deyə, deputat qeyd edib.

S.Hüseynova xüsusilə qeyd edib ki, ölkəmizdə sosial siyasətinin uğurla reallaşmasında respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük töhfələr verir.

Millət vəkilinin dediyinə görə, Heydər Əliyev Fondu tərəfindən indiyə qədər təhsil, səhiyyə, mədəniyyət, humanitar və digər sahələrlə bağlı həyata keçirilən sosial layihələr cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır:

“Bildiyiniz kimi, mayın 25-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfəri zamanı Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr evi-uşaq bağçasının və rayonun Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının açılışlarının baş tutması da uğurlu sosial layihələrin davamıdır. Şamaxı şəhər 2 nömrəli körpələr evi-uşaq bağçası 110 yerlikdir və bu müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Bir sözlə, binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub.

Qırx yerlik Meysəri kənd körpələr evi-uşaq bağçasında da yataq və oyun otaqları, idman və musiqi zalları və digər zəruri otaqlar mövcuddur. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları, müasir işıqlandırma sistemləri quraşdırılıb. Kənd yerlərində belə bağçaların və digər sosial, mədəni, təhsil obyektlərinin istifadəyə verilməsi ölkəmizdə şəhərlə kənd arasında fərqin getdikcə aradan qaldırılması üçün atılan mühüm addımlardandır. Bütövlükdə, həyata keçirilən bu kimi sosial layihələr vətədaşlarda, gənc ailələrdə böyük məmnunluq yaradır”.

16:13

Etikxeber.az

Read Previous

“Seymur bacaracaq, o, yeni nəsil nümayəndəsidir….”-AYDIN MİRZƏZADƏ SEYMUR ORUCOVUN MÜDAFİƏSİNƏ QALXDI, ONA GÖSTƏRİLƏN ETİMADI DOĞRULDACAĞINI DEDİ…

Read Next

“Bu, getdiyimiz yoldur və bu yoldan da bizi heç kimi geri döndərməyə müvəffəq ola bilməyəcək”-DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir