“Həyatını xilas etmək əslində mümkün olan insanlarımızı xilas edə biləcəyik…” – QƏNİRƏ PAŞAYEVA

Bu gün Milli Məclisin Səhiyyə Komitəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi geniş müzakirə etdik. İnsanlarımızın uzun zamandır gözlədiyi qanun layihəsi ilə bağlı bəzi yeni təkliflərimizi də səsləndirdik.

Uzun illərdir bu məsələni Milli Məclisdə davamlı olaraq qaldıran millət vəkillərindən biri olaraq bu qanun layihəsinin komitəmiz tərəfindən birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilməsindən çox şadam. Bu gün iclasda söyldiyim kimi bu layihənin ilin sonuna kimi mütləq qəbul edilməsinə və qüvvəyə minməsinə böyük ehtiyac var.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

“İnanırıq ki, inşallah, yaxın zamanlarda qanun qəbul olunacaq və qüvvəyə minəcək və əməliyyat gözləyən minlərlə insanımızı, hər gün bu problemlə üzləşən və həyatını xilas etmək əslində mümkün olan insanlarımızı xilas edə biləcəyik. Və insanlarımızın bu məsələdə çox fəal olacağına inanıram”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar” – İLHAM ƏLİYEV

Read Next

BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlib – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir