Hacılıdan-QULİYEVƏ SƏRT İTTİHAM

Ülvi Quliyevin 15 saylı dairədən saxtakarlıqla deputat elan olunması barədə çoxsaylı sübutlar var. Sosial mediya üzərindən yayılan videomateriallar da bunu təsdiq edir. Amma, Ülvi Quliyev Nağdəliyevin dostudur. O da əmrləri Elmlər Akademiyasından, Ramiz Ənvəroviçdən alır.

Etikxeber.az xəbər verir ki, bunu deputatlığa namizəd, Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

“Bu dairədə saxta nəticələrin ləğv olunması müşkül məsələdir. Çətin olacaq. Yəqin ki, Ülvi Quliyevin deputatlar siyahısına salınması Kremldə həll olunub…”-deyə, o, əlavə edib.

Qeyd edək ki, MM-in Gənclər və idman komitəsinin sədri Ü. Quliyev 15 saylı Dairədən 4-cü dəfə seçkilərə qatılıb və Dairənin qalibi elan edilib.

O, həmin dairəni, 2005-ci ildən, 3-cü çağırışdan təmsil edir.

Etikxeber.az

Read Previous

“Baxdım, sevindim, ləzzət aldım”-MƏZAHİR PƏNAHOV

Read Next

Aydın Mirzəzadə onun görüşünü pozmağa çalışan şəxsin qardaşına-KÖMƏK ƏLİ UZATDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir