Hacıqabul və Şirvan sakinlərinə qarşı dələduzluq edən şəxs tutuldu

Hacıqabul və Şirvan sakinlərinə qarşı dələduzluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 3-də Hacıqabul rayon sakini Zahidağa Səmədbəylini aldadıb 2400 manat pulunu almaqda şübhəli bilinən həmyerlisi Sabir Həsrətov saxlanılıb.

Onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2015-ci ildə Hacıqabul rayon sakini Əlisəddar Ağayevi və Şirvan şəhər sakini Əlizamin Nəsirovu aldadıb onlardan ümumilikdə 4400 manat pul alması, habelə Sabunçu Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Etikxeber.az

Read Previous

Dələduzluqla məşğul olan “polislər” saxlanıldı – DİN-dən açıqlama

Read Next

Bakıda 26, rayonlarda 27 dərəcə isti olacaq – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0