Hacıqabullu İkinci Vətən Müharibəsi Şəhidi-AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ OLAN PƏRVİZ BALABƏYOVUN BU GÜN 36 YAŞI TAMAM OLUR…

Hacıqabul rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Pərviz Tofiq oğlu Balabəyovun doğum günüdür.

Pərviz Balabəyovun bu gün 36 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Pərviz Balabəyov 1987-ci ilin iyun ayının 14-də Hacıqabul rayonunda dünyaya gəlib.

Ailədə 3 uşaq-2 qardaş və 1 bacı olublar.

Atalarını illər öncə itiriblər.

Anaları Səbirə xanım onlara həm analıq, həm də atalıq edib.

Pərviz Aprel döyüşlərinin iştirakçılarından olub.

 İkinci Vətən Müharibəsində də MAXE kimi iştirak edib.

Müharibənin ilk dəqiqələrindən  Füzuli-Cəbrayıl uğrunda döyüşlərə atılıb və elə döyüşlərin ilk günündə-Cəbrayıl istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Ailəsinə həmin gün-axşam 10-nun yarısı radələrində Pərvizin Şəhid olduğu bildirilib, 28-nə keçən gecə, təxminən 00:30-da isə nəşi Hacıqabula gətirilib.

Oktyabrın 28-də nəşi rayon qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Ailəsi Pərvizin eyni zamanda, ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Şəhidliyinin bir ilinin tamamına az qalmış, 2021-ci ilin 23 sentyabr tarixində isə Xatirə lövhəsinin açılışı olub.

33 yaşında Şəhidlik məqamına ucalan Pərviz həm də subay olub.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 36 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ərdoğanın səfəri-BAŞA ÇATDI – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Azərbaycanda “Son zəng” günüdür-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir