Hadi Rəcəblinin böyük oğluna-VÜSAL RƏCƏBLİYƏ VƏZİFƏ VERİLDİ…

Energetika Nazirliyində yeni təyinat olub. 

Etikxeber.az xəbər verir ki, Vüsal Rəcəbli nazirlikdə müşavir təyin edilib. 

Energetika nazirinin digər müşaviri, həm də nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva “Report”a açıqlamasında xəbəri təsdiq edib.

V.Rəcəbli keçmiş deputat, tanınmış siyasətçi, siyasi elmlər doktoru, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəblinin oğludur.

O, uzun müddət Ədliyyə Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.

Hüquq elmləri namizədi olan V. Rəcəbli ingilis dilində təhsil aldığından Qərb Universitetində ingilis dilində konstitusiya hüququndan dərs deyib.

Avropa Oyunlarında departament rəisinin müavini, İslam oyunlarında isə departament rəisi olub.

Savadlı, peşəkar kadrdır.

Təbrik edirik!

Etikxeber.az

Read Previous

Bəhram Bağırzadənin son durumu-AÇIQLANDI- YENİLƏNİB – (3)

Read Next

Ombudsmandan KİV-ə və sosial şəbəkə istifadəçilərinə-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir