Hadi Rəcəblinin polisə çağırılması xəbəri uydurmadır – MM-in mətbuat xidməti

Milli Məclis (MM) parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin polisə çağırılması ilə bağlı məlumatlara münasibət bildirib.

Etikxeber.az-ın məlumatına görə, parlamentin mətbuat xidmətindən “Report”a bildirilib ki, yayılan məlumatların əsası yoxdur.

“Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Bizimyol.info saytının əməkdaşına bildirib ki, deputat Hadi Rəcəblinin Suraxanı rayon Polis İdarəsinə çağırılaraq ondan ifadə alınması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, bu, başdan ayağa yalan, uydurma məlumatdır” – MM-dən bildirilib.

MM-in mətbuat xidməti bir daha KİV nümayəndələrinə müraciət edərək, bu tipli məlumatların yayılmasında ehtiyatlı olmağa, yoxlanılmamış məlumatları ictimailəşdirməkdən çəkinməyə çağırır.

Etikxeber.az

Read Previous

Noyabrın 10-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Read Next

ANS ÇM-in şikayəti təmin edilmədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir