Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün tanınmış siyasətçi, millət vəkili Hadi Rəcəblinin növbəti doğum günüdür.
Etikxeber.az-ın xəbərinə görə, H. Rəcəblinin okyabrıın 25-də 71 yaşı tamam olur.
Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinskiy raboçiy” qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvüdür.
On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2015-ci il noyabrın 7-də 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədridir. Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-İran, Azərbaycan-Belarus, Azərbaycan-Koreya, Azərbaycan-Serbiya, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Siyasi elmlər doktoru, professordur, “ƏMƏK İGİDLİYİNƏ GÖRƏ” medalı (1976), “ƏMƏK RƏŞADƏTİNƏ GÖRƏ” medalı (1977), “ŞƏRƏF” nişanı (1986), “ŞÖHRƏT” ordeni (2007), İkinci dərəcəli “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ordeni (2017), ilə təltif edilmişdir. Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
Evlidir, 4 övladı, 9 nəvəsi var.
Təbrik edirik!
Etikxeber.az