“Hakim partiya olduğumuza görə, kimlərsə karyerizmi əsas götürərək, əsl mahiyyətlərini gizlədərək YAP-a daxil olurlar və…”-YAP SİYASİ ŞURASININ ÜZVÜ

Cəmiyyətə yenilənmə fəlsəfəsini elə adından da göründüyü kimi, hakim Yeni Azərbaycan Partiyası (YAP) gətirib. Daim islahatların, yeniliklərin, modernləşmənin təşəbbüskarı YAP, vaxtilə onun rəhbəri-Ulu öndər Heydər Əliyev və indiki sədr-cənab İlham Əliyev olub. Bunun da müsbət nəticələrini görürük. Bu gün Prezidentin həyata keçirdiyi siyasət YAP-ın irəli sürdüyü siyasətdir. Onun təklifləri partiya tərəfindən də birmənalı dəstəklənir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə son həbslər dalğasının hakim partiyanı da silkələyəcəyi, partiyanın ali strukturlarında, orqanlarında ciddi dəyişikliklərin, yenilənmələrin ola biləcəyi ilə bağlı siyasi dairələrdə, sosial şəbəkələrdə səsləndirilən fikirlərə münasibətini bildirərkən deyib.

“Amma hakim partiya olduğumuza görə şübhəsiz ki, kimlərsə karyerizmi əsas götürərək, əsl mahiyyətlərini gizlədərək YAP-a daxil olurlar. Heç kəs partiyaya daxil olarkən, gələcəkdə vəzifə tutmaq və rüşvət almaq fikrini bildirmir. Yaxud da ki, kimsə partiyaya daxil olarkən və fəaliyyət göstərərkən onun vəzifədə olduqdan sonra nə cür hərəkət edəcəyinə heç kim yüz faizli zəmanət verə bilməz. Bu, başqa məsələ ki, partiya vəzifədə olan öz üzvlərinin hərəkətlərinə heç zaman göz yummur, onları təmizə çıxarmır, müdafiə etmir.

Çünki rüşvətxor öz cəzasını almalıdır, vəzifə səhlənkarlığına yol verən öz cəzasını almalıdır və onun partiya üzvü olub-olmamasının heç bir aidiyyatı yoxdur. Eyni zamanda, yenilənmə, onun sıralarına qara niyyətlərlə daxil olmuş insanları partiya sıralarından kənarlaşdırmaq YAP üçün bütün tarixi boyu həmişə xarakterik olub. Vəzifədə olan, səlahiyyətindən sui-istifadə edən insanların ifşa edilməsi YAP-ın mövqeyidir, partiyanın sədri cənab ilham Əliyevin mövqeyidir. Cənab prezidentimiz vaxtaşırı öz çıxışlarında bu məsələyə xüsusi olaraq toxunur…”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

14:47

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycanın Amerika ilə münasibətləri milli maraqlarına cavab verən möhkəm təməllərə söykənərək daha da möhkəmlənməkdədir”-EKS DEPUTAT, SABİQ İCRA BAŞÇISI YAZIR

Read Next

Paytaxtın əsas küçə və prospektlərində gücləndirilmiş dezinfeksiya-İŞLƏRİ APARILR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir