Hakim partiya üzvlərinin sayını açıqladı – 710 MİN

Əli Əhmədov: “Azərbaycanın Birinci xanımı, YAP-ın sədr müavini Mehriban Əliyevanın Azərbaycanın birinci vitse -prezidenti təyin edilməsi  partiyamızın çoxminli üzvlərinin qəlbində möhtəşəm qürur və sevinc hissləri yaradıb…”

Yanvarın 19-da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Etikxeber.az  xəbər verir ki, iclasda YAP İdarə Heyətinin 2017-ci ilə dair illik hesabatı, partiyanın tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2017-ci ilə dair illik statistik hesabat, partiyanın 2017-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2018-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.

yap_logo_260615

ALİ AHMAD-GANCA

Baş nazirin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verərək, qeyd edib ki, 2017-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf davam etdirilib: “Ötən ilin başlıca siyasi hadisəsi Azərbaycanda İslam həmrəyliyi ili çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə də, IV İslam həmrəyliyi oyunlarının paytaxt Bakıda keçirilməsi olub. O da xususilə vurğulanmalıdır ki, Azərbaycanın Birinci xanımı, YAP-ın sədr müavini Mehriban Əliyevanın Azərbaycanın birinci vitse -prezidenti təyin edilməsi  partiyamızın çoxminli üzvlərinin qəlbində möhtəşəm qürur və sevinc hissləri yaradıb. Eyni zamanda, hesabat ilində YAP müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib. Hesabat dövründə beynəlxalq əlaqələrin daha da şaxələndirilməsi istiqamətində səylər uğurla davam etdirilib.  Xüsusilə, müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilib, bu məqsədlə bir sıra mühüm görüşlər keçirilib…”

Ə. Əhmədov  həmçinin qeyd edib ki, YAP-ın sıralarının genişlənməsi ötən il ərzində də  davam edib: “Yəni, hesabat dövrü ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 710 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib”. İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib və qeyd olunub ki, 2017-ci ildə YAP-ın gəlirləri 8 315 436 manat olub. “Bunun 7 173 280  manatını üzvlük haqları, 1 142 156 manatını  büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib” – deyə, sonra qeyd olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

ÇARŞABLI ORDULAR VƏ NİQABLI BOMBALAR- Zahid Orucun yazısı

Read Next

20 YANVAR İMPERİYANIN QIRILMA NÖQTƏSİNƏ ÇEVRİLDİ – Deputat yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir