“Hakimiyyətin üzərinə də məsuliyyət düşür…” – POLİTOLOQ

Hakimiyyətlə müxaifət arasında dialoqun alternativi yoxdur, bunun davamlı hal alması və diskussiyaya qatılanların əhatəsini genişləndirmək lazımdır.

Etikxeber.az xəbər verir ki, bunu siyasi partiyaların və QHT-lərin birgə son Dəyirmi masası haqda fikirlərini bildirən politoloq Elxan Şahinoğlu dilə gətirib.

“Bir-birimizlə danışmalıyıq, bir-birimizi dinləməliyik, təhqir və söyüşlər istisna olmaqla ən kəskin fikirlər belə səslənə bilər, təki dövlətimiz və millətimiz zərər görməsin. Biz Skandinaviyada yaşamırıq, bura Cənubi Qafqazdır, ətraf toz-dumandır, xarici qüvvələr pusqudadırlar, boşluqlar axtarırlar ki, hərəkətə keçsinlər”-deyən politoloq bildirib ki, hakimiyyətin üzərinə də məsuliyyət düşür.

“Siyasi mübarizənin aparılmalı yer parlamentdir, orada siyasi qüvvələrin ən rəngarəng qüvvələri təmsil oluna bilər.

Çünki parlamentdənkənar mübarizə toqquşmaya və ixtilafa aparır, bu isə düşmənlərimizin maraqlarına cavab verir…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Onların başlıca “vəzifəsi” ara qarışdırmaq, insanları çaşdırmaqdır…” – TAHİR RZAYEV

Read Next

İmamoğlunun stulu sındı, Ərdoğan “BİZ HEÇ NƏ ETMƏDİK, PULUNU ÖDƏMƏN LAZIMDIR” – DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir