Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları növbəti təyinat alıblar.
Etikxeber.az Azərbaycan Həndbol Federasiyasına istinadla xəbər verir ki, təcrübəli referilər Avropa Həndbol Federasiyasının (EHF) Kuboku uğrunda yarışda ədaləti təmsil edəcəklər.
Turnir çərçivəsində keçiriləcək “Olimpiakos” (Yunanıstan)-“RK Boraç” (Bosniya və Herseqovina) görüşü Azərbaycan hakimlərinə həvalə olunub.
Qarşılaşma avqustun 31-də Yunanıstanın Ayos İoannis Rentis şəhərində keçiriləcək.
Oyunun EHF nümayəndəsi slovakiyalı Jan Rudinski olacaq.
Etikxeber.az