“Hakimlərin sayı azı iki dəfə artırılmalıdır…” – DEPUTAT

Parlamentin komitələrinin 2018-ci il büdcəsinin birgə müzakirəsi zamanı “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC-nin özəlləşdirilməsi təklif olunub.

Etikxeber.az məlumat verir ki,  büdcə müzakirələrində çıxışı zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, bu qurumlar dərhal özəlləşdirilməsə, problemlər nəinki həll olunmayacaq, əksinə dərinləşəcək.

Onun sözlərinə görə, əhalisinin sayı Azərbaycanın yarısı qədər olan Norveçin büdcəsi 221 milyard dollardır.

“Bu ölkənin Neft Fondunun vəsaitləri 1 trilyon dollara çatıb. Yəni, biz bu cür ölkələrdən nümunə götürməliyik. Bizim büdcənin həcminə baxanda, hər şey aydın olur. Bizdə qeyri-neft sektoru üzrə hüquqi şəxslərin mənfəət vergisi 1,5 milyard dollardır. Bu, bizim iqtisadiyyatımızın real gücü haqqında məlumat verir. Ciddi islahatlar aparmasaq, radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq. İqtisadiyyatın həcmi azdır, ona görə də qeyri-neft sektorunda 2,4 faiz artım olanda, sevinirik. Axı bu rəqəm iqtisadiyyatın sürətli inkişafını təmin etmir”-deyə, millət vəkili bildirib.

Millət vəkili çıxışında hakimlərlə də bağlı məsələyə toxunaraq təklif edib ki, Azərbaycanda hakim sayı ən azı iki dəfə artırılmalıdır:

“Ədliyyə naziri Fikrət Məmmədov özü müshibəsində hakimlərinin sayının azlığından, amma məhkəmə işlərinin sayının ildən-ilə çoxalmasından danışıb. Ona görə də Azərbaycanda hakimlərin sayı azı iki dəfə artırılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Mədəniyyət çalıb-oynamaq deyil…” – JALƏ ƏLİYEVA

Read Next

“Az qala evləri başına uçsun…” – DEPUTAT YAZIÇILARIN DURUMUNDAN ŞİKAYƏTLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir