“Hamı kimin dost kimin düşmən olduğunu özü üçün lap çoxdan müəyyənləşdirib…Biz isə hələ də axtarışdayıq!”-DEPUTATDAN “RUSDİLLİ KİMİ GÖRÜNMƏK” İSTƏYƏNLƏRƏ TÖVSİYƏ VƏ ETİRAZ

Dil əslində ünsiyyət hadisəsindən daha çox təfəkkür hadisəsisir.

Çünki ünsiyyət bəzən dilsiz də baş tutur. Mənşəcə eyni kökdən gələn dil ondan əvvəlki mərhələdə mövcud olan intiutiv duyumla baş tutan ünsiyyətin yəni dilsiz ünsiyyətin bir sonrakı mərhələsi kimi meydana çıxıb və boğzın anatomik quruluşunda inqilab yaradacaq qədər təkamül edib.

Bu isə əslində elə insanlığın təkamülü hadisəsidir.İnsanların nəyə görə duyum və göz vasitəsilə ünsiyyətdən imtina etmələrinin səbəbi onalrın biri birilərindən düşündüklərini gizlətmək məqsədilə edilib. İnsanlar gözlərini biri birindən yayındıraraq qırıq səslər çıxartmaqla ünsiyyət qurmağa üstünlük veriblər. Beləliklə, səslər və sözlər yaranıb.

İlkin mərhələdə boğazın anatomik quruluşu müsaid olmadığı üçün yalnız təkhecalı sözləri tələffüs edə bilmişik .Ona görə də bu sözlər ən qədim sözlər sayılır və həm də ən vacib sözlər. Məsələn, ov , ev , ox , at , ət və sair.

Sonrakı mərhələdə daha mürəkkəb və çoxhecalı sözləri düşünə bilmişik və idrak hadisəsi baş verib. Səsin hərfə çevirilməsi yəni yazı isə lap sonrakı hadisədir Bəzən indi də deyirik ki, fikirlərini gözlərindən oxudum ya da ürəyini oxudum. Bu qədim keçmişdəki ünsiyyət formamızın acizanə xatırlanması kim bilir bəlkə də təssüf və peşmançılıqla dil tariximizə qısa ekskursiyamızdır.

Ancaq məsələ həm də ondadır ki, dil daha sonrakı tarixi təkamül prosesində millətləri yaratdı.Yəni, dil tarixən də bu gün də milli kimliyi təyin edən vasitədir! Ona görə də ana dilindən imtina edən əslində gec ya da tez milli kimliyindən də imtina etmiş olur.

Bir qədər sonra dil mədəni imperializmin silahına çevrildi. Yəni, bir panidealist xalqın digər xalq üzərində dominantlığını təmin edən vasitə oldu. Yəni, bir xalqın digərini özünün köləsinə çevirməsini təmin etdi.

Sosiologiya izah edir ki, fərd hansı dilin daşıyıcısıdırsa elə o millətə də mənsubdur! Yəni sosial varlıq olan insan hansı dildə düşünürsə, o dildə yaradılan mədəniyyətin varisidir. Ona görə də dilimizi qorumaq milli kimliyimzi qorumaqdır, varlığımızı qorumaqdır.

Əlbəttə, başqa dilləri öyrənmək və mükəmməl öyrənmək lazımdır, hətta mümkün qədər daha çox dili öyrənmək lazımdır. Tutaq ki, rus dilini öyrənmək yaxşıdır, ancaq o dərəcədə yox ki, sənə rusdilli desinlər, ingilis dilini də öyrənmək lazımdır ancaq elə etmək lazımdır ki, bu dili mükəmməl bilmək sənə ingilisdilli deməyə əsas yaratmasın.

Sadəcə, desinlər ki, filankəs rus yaxud ingilis dilini yaxş bilir ,vəssalam! Qaldı ki dili bilməklə milli maarqları qorumaq arasındakı mütənasibliyə, əzizlərim bunlar heç də həmişə düz mütənasib olmur!

Rus dilini nə qədər mükəmməl bilsəniz Siz Rusiyada ermənilər kimi, öz ölkənizin maraqlarını müdafiə edə bilməyəcəksiniz. Birincisi ona görə ki, həmin dildə milli maraqları qorumaq üşün öz xalqın haqqında lazım olan bilgiyə sahib olmalısan ki, bu da dediyimiz kimi daha çox milli təfəkkür hadisəsidir.

Siz isə daşıyıcı olduğunuz dilin varisi olduğunuza görə, bunu edə bilməyəcəksiniz.

İkincisi ona görə ki , sadəcə, bunu etməyə sizə icazə verməyəcəklər.

Çünki imperializimin sizə və ermənilərə münasibəti tamamil fərqlidir.

Hamı kimin dost kimin düşmən olduğunu özü üçün lap çoxdan müəyyənləşdirib.

Biz isə hələ də axtarışdayıq!

Hikmət BABAOĞLU,

Millət vəkili

Etikxeber.az


Read Previous

“Müraciətlər əsasən müalicə, təhsil, işlə təmin edilmə, əlilliyin qiymətləndirilməsi, hüquq-mühafizə orqanları ilə bağlı oldu ki…”-DEPUTAT – FOTOLAR – YENİLƏNİB

Read Next

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir