“Hamı səfərbər olmalı, deyilənlərə əməl etməlidir…” – ELDƏNİZ SƏLİMOV

Koronavirus bu gün dünyanın üzləşdiyi bir virus, bir bəladır və bu bəlanın, bu təhlükənin yayılmasına, daha dəhşətli fəsadlar törətməsinə qarşı hər kəs birləşməli, hamı əfərbər olmalıdır. O cümlədən, Azərbaycan cəmiyyəti, insanlarımız, vətəndaşlarımız bu məsələdə səfərbər olmalı, dövlətin, hökumətin bu yöndəki addımlarına birmənalı və geniş dəstəyini idafə etməlidir. Xüsusilə də, Nazirlər Kabineti yaradılmış Operativ Qərargahın tövsiyələrinə, məsələhətlərinə, qərarlarına əməl etmək, tabe olmaq lazımdır. Burada tərəddüd etmək, laqeydlik, biganəlik göstərmək olmaz və yolverilməzdir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkilinin sözlərinə görə, çox sevindirici və əlamətdar haldır ki, ölkə Prezidentinin, dövlət və hökumət rəhbərliyinin iradəsi ortadadır.

“Koronavirus təhlükəsinin önlənməsi üçün hər cür addımlar atılır və bundan sonra da atılacaq. Panikaya düşmək, hay-küyə uymaq lazım deyil. Bu cür cəhdlərin qarşısını elə insanlarımız özləri almalı, özləri cavabını verməlidir təmkinlikləri ilə, ortaya qoyulan qayda-qanunlara əməl etməklə. Əgər belə olarsa və inanıram ki, belədir, belə olacaq, bir xalq, bir dövlət olaraq bu sınaqdan, bu imtahandan da üzüağ, alnıaçıq çıxacağıq. Bugünə kimi, xalq, millət, dövlət olaraq, çox sınaqlarla, çox imtahanlarla üzləşmişik və hamısından da iqtidar-xalq vəhdəti nəticəsində birlikdə uğurla, başıuca çıxmışıq, inşallah, bu dəfə də belə olacaq.

Yenə deyirəm ki, bütün tövsiyələrə, qərarlara tabe olmalıyıq, şaiyələrə uymamalıyıq, gigiyenik qayda və normalara əməl etməliyik, təmizliyə fikir verməliyik, lazım olmadığı təqdirdə, insanların gur, sıx olduğu yerlərdən uzaq dayanmalıyıq. Onu da qeyd edim ki, millət vəkillərimiz də bu məsələyə çox həssaslıqla və diqqətlə yanaşırlar. Sabah parlamentin Səhiyyə komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında bu məsələ ilə bağlı geniş müzakirələrin keçirilməsi gözlənilir. Hesab edirəm ki, bunun özü də təhlükənin önlənməsi işində bir töhfə olacaq”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Koronavirusa daha 2 yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Read Next

Mübariz Mənsimov saxlanıldı-OFİSİNDƏ AXTARIŞ APARILDI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir