Hamilə qadınların sertfikasiyası keçirilməyəcək?!

 

Hamilə qadınlarla bağlı məsələ plenar iclasa tövsiyə olundu

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

HADİ-HADİ-1

Etikxeber.az-ın  xəbərinə görə, layihə barədə adıçəkilən komitənin sədri Hadi Rəcəbli məlumat verib.

Dəyişiklik layihəsinə əsasən, məcəlləyə yeni-67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur.

Maddəyə əsasən, hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertfikasiyası keçirilmir.

İlk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər.

Dəyişiklik layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Beynəlxalq fənn olimpiadalarının qaliblərinə qoyulan məhdudiyyət aradan qaldırılır

Read Next

Aqrar Tədqiqatlar Mərkəzi yaradılacaq – FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir