“Hamının qapısını döydüm və…” – AFƏT TELMANQIZI – FOTOLAR

3 yataqxanada məskunlaşmış elimin məcburi köçkünləri ilə görüşüm oldu. Hamının qapısını döydüm. Seçicilərimə onların səsi olacağımı dedim.Onlar da bunun, sadəcə, söz olmadığını bilirlər. Mənə güvənən seçicimə mən də güvənirəm!

Etikxeber.az xəbər verir ki, bunu Əməkdar jurnalist, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd Afət Telmanqızı deyib.

O, ümumiyyətlə, seçicilərlə görüşlərinin davam etdiyini bildirib.

“Hər kəs qanunverici orqanda da başlanan islahatları dəstəkləyir. Seçki məntəqələrinə həvəslə gedəcəklərini, gələcəyə inamlı olduqlarını deyirlər. Mən sizlərdən biriyəm dəyərli seçicilərim!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Eldəniz Səlimov bu dəfə kimlərlə- BİR ARAYA GƏLDİ? – FOTOLAR

Read Next

Sahibə Qafarova, Kamilə Əliyeva və Qənirə Paşayeva – NÖVBƏTİ GÖRÜŞLƏRDƏ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir