Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hamıya pul paylayırsınız, qazilərin də “1 abbasısını” verin. Xahiş edirəm, qazilərə veriləcək müavinət qalıb, onu da nəzərə alın.
Etikxeber.az verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Bildirib ki, veteranların hamısını bunu istəyir:
“Məni harada görürlər bu məsələni gündəmə gətirirlər”.
Etikxeber.az





