Hande Harmancı sosial şəbəkədəki paylaşımına görə-ÜZR İSTƏDİ

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı Quba və Qusar rayonlarına səfəri ilə bağlı yaranmış narazılığa aydınlıq gətirib.

ÜST-dən Etikxeber.az-a verilən məlumata görə, H. Harmancı bildirib ki, sosial mediada paylaşdığı və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyir:

“Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.

İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.  

Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm.

Görəcəyimiz işlər hələ çoxdur. Sizin dəstəyinizə çox ehtiyacımız var. Pandemiyanın öhdəsindən yalnız birlikdə gələ bilərik”.

Etikxeber.az

Read Previous

“Müstəqil Dövlətlər Birliyinə münasibətdə zaman göstərdi ki, Ayaz Mütəllibov bizdən daha gerçəkçi düşünürmüş…”-FAZİL MUSTAFA YENƏ “QARAGÜRUH”DAN DANIŞDI, 4 İYUNLA BAĞLI İLK DƏFƏ FƏRQLİ MÖVQEDƏN ÇIXIŞ ETDİ…

Read Next

Sahibə Qafarova 7 yaşlı Şəmkir sakininin əməliyyatına-YARDIM ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir