“Hansı Jaləni deyirsiniz? Bizim Jaləni-Jalə Əliyevanı?”-SEÇİCİLƏRİNDƏN BÖYÜK DƏSTƏK – FOTOLAR

Millət vəkili, deputatlığa namizəd, professor Jalə Əliyeva 92 saylı Zərdab-Ucar Seçki Dairəsində seçki kampaniyasını uğurlu şəkildə davam etdirir.

Etikxeber.az-ın xəbərinə görə, deputatlığa namizədin rayonun Bıçaqçı, Seyidlər, Sileyli Körpükənd kəndlərinin sakinləri ilə Bıçaqçı kənd klubunda keçirilən görüşü də əvvəlki izdihamı və möhtəşəmliyi ilə baş tutub.

Belə ki, klubun zalında təxminən 200-yə yaxın sakin iştirak edib, həmçinin, 100-ə yaxın insan görüşü ayaqüstə izləyib.

Bundan əlavə, görüşə gələnlərin bir xeyli qismi klubun həyətində gözləyiblər.

Hətta, görüşdən xəbəri olmayan və kənardan bu izdiamı görən insanlar da kluba axın ediblər.

Onlar kiminlə görüş keçirildiyini soruşduqda və “Jalə Əliyeva ilə görüş keçirilir” cavabını aldıqda, həmin şəxslərdən bəziləri “Hansı Jaləni deyirsiniz? Bizim Jaləni-Jalə Əliyevanı?“-deyə, bildiriblər.

Bu “sual-cavab”dan sonra həmin şəxslər də J. Əliyevanın görüşünü axıracan izləyib və alqışlayıblar.

Onu da qeyd edək ki, Bıçaqçı kəndi Qarabağ savaşında 6 şəhid verib və onlardan birinin-şəhid Müşfiq Hacıyevin Bıçaqçı kənd tam orta məktəbinin həyətində ucaldılan abidəsi ziyarət olunub, abidə önünə çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri də öz təşəkkürlərini bildiriblər.

Qeyd etməyə dəyər ki, bu kənd nəinki Qarabağ savaşında, həmçinin, Böyük Vətən və İkinci Dünya Müharibəsində iştirak edən igid qəhrəmanları ilə tanınır.

Onlardan biri də Sovet İttifaqı Qəhrəmanı-mərhum Məlik Məhərrəmov olub.

Xatırladaq ki, bir neçə il dünyasını dəyişən M.Məhərəmmov Azərbaycanın sonuncu Sovet İttifaqı Qəhrəmanı idi.

Deputatlığa namizəd həmçinin, Zərdabın ən yaşlı sakini-İkinci Dünya və Böyük Vətən Müharibəsi veteranı-101 yaşlı Əhməd Qurbanovu görüşdən sonra evində ziyarət edib, onun ağsaqqal xeyir-duasını alıb.

Maraqlı məqamlardan biri isə odur ki, deputatlığa namizədin digər görüşləri 2 saat çəksə də, bu görüşü 5 saata qədər davam edib.

Həm görüşdə çıxışçıların sayı həddindən artıq çox olub, həm də görüşdən sonra namizəd seçicilərlə eksklüziv qəbul keçirib. Yəni, klubun arxa otağında səyyar qəbul baş tutub.

Çıxış edənlərdən təqaüddə olan müəlim Rəsulov Eyvaz, Körpükənd tam orta məktəbin direktoru Eminova Ruxsarə, həmçinin, Bıçaqçı kənd sakini Həsənov Qalib, şəhid qardaşı Haciyev Bəxtiyar və başqaları seçkilərlə, deputatları ilə bağlı fikirlərini açıqlayıb, onun fəaliyyətini təqdir edib və 9 fevralda J. Əliyevanı dəstəkləyəcəklərini bildiriblər.

Bununla yanaşı, çıxışçılar kənd uşaq bağçasının və orta məktəb binasının əsaslı təmirini xahiş ediblər.

Deputatlığa namizəd də onlara təşəkkürlərini bildirib, hər zaman olduğu kimi, seçiləcəyi təqdirdə, bundan sonra da seçicilərinin, Zərdab və ucarlıların təkliflərini daim diqqətdə saxlayacağını və reallaşdırılmasına çalışacağını vurğulayıb.

Görüşdə deputatlığa namizədin parlamentdəki fəaliyyətindən bəhs edən videofilmi də nümayiş olunub və təqdirlə qarşılanıb.

Etikxeber.az

Read Previous

Azərbaycanlı deputatın AŞPA uğuru: müəllifi olduğu məruzə AŞPA komitəsində-MÜSBƏT QİYMƏTLƏNDİRİLDİ – FOTOLAR

Read Next

“Qanun həm əməl, həm də hörmət etmək üçündür” – MSK-NIN MƏTBUAT QRUPUNUN RƏHBƏRİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir