“Hansısa hərbçinin Rusiyayla gizli əlaqəsi onun Ermənistana işləməsi mənasına gəlir” – POLİTOLOQ

“Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin “orduda mövcud olan xəyanətkar şəbəkə 1988-1990-cı illərdə kök atıb” açıqlaması o deməkdir ki, Azərbaycanın müstəqilliyindən bu yana Dağlıq Qarabağ uğrunda savaşda məxfi hazırlanan planlardan silahlı birliklərimiz və sonrakı illərdə formalaşan ordumuz hələ hücuma keçmədən Rusiyanın və Ermənistanın xəbəri olub. Xəyanətkar şəbəkədə onlarla satqın olub”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki,  onların uzaq 1990-cı illərin başlanğıcında “Daşaltı əməliyyatı”ndan tutmuş Şuşa və Laçındakı uğursuzluqlarımızda və ən son fevralda kəşfiyyat qrupmuzun pusquya düşərək itkilərimizdə “xidmətləri” ola bilər.

“Yəni, sən hansısa əməliyyat planı hazırlayırsan, hələ əməliyyata başlamış xəritələrin sürəti düşmənlərimizin əlinə keçə bilərmiş. Xəyanətkarların üzə çıxmasından sonra bunun belə olmadığını kim iddia edə bilər?

Bu, hələ bildiklərimizdir. İstənilən yüksək rütbəli hərbçinin Rusiya ilə gizli əlaqələri onun avtomatik Ermənistana işləməsi mənasına gəlir”-deyə, politoloq sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“İslamiada”: Kişilər və qadınlar arasında tennis üzrə cütlüklərin yarışlarında yarımfinalçılar müəyyənləşdi

Read Next

“Nə cəza versələr belə azdır, o Allahın lənətinə gəlmişlərə!” – DEPUTATDAN QINAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir